Neftçala rayonunda axund təyinatı ilə bağlı narazılıq yaranıb.
Millitv.az-ın xəbərinə görə, 32gun.az-a daxil olan məlumatda iddia edilir ki, əvvəlki axundu Hacı Mir Seymur Əliyev bu vəzifədən azad edilib. Səbəb kimi ona iranmeylli olması göstərilib. Bundan sonra axund təyinatı üçün müsabiqə keçirilib. Lakin müsabiqənin nəticələrinə əhəmiyyət verilməyib. Əvəzində keçmiş axundun müavini Cəfər Cəfərov onun yerinə tyin edilib.
Müsabiqədən keçənlərin kənarda saxlanılması dini mühitdə xoş qarşılanmayıb və narazılığa səbəb olub.
Məlumatda iddia edilir ki, bir müddət Cəfər Cəfərovun axund təyin olunmasında Hacı Mir Seymur Əliyevin xüsusi rolu olub.
Başqa bir iddiaya görə, Cəfər Cəfərov bir müddət əvvəl Bankə qəsəbəsində qəza törədib. O, sürücülük hüququnun olmamasına baxmayaraq avtomobil idarə edirmiş. Bu qəzanın ört-basdır edilməsində də keçmiş axundun rolunun olduğu bildirilir.
Rayon sakinlərinin narazılığı həm də Hacı Mir Seymur Əliyevlə Cəfər Cəfərovun birləşərək Neftçalada fəaliyyət göstərən “Sahib-əz-Zaman” məscidində yeni qaydalar tətbiq ediblər. “Onlar müəyyən etdiyi qaydalara görə bu gün evində yas düşən adam mərhumu dəfn etmək azı ən azı 170-200 AZN pulu olmalıdır. Elə adam var ki, pulu yoxdur. İndi bu adamlar nə etməlidir, ölüsünü basdırmamalıdır?”, - sakinlər deyib.
Məsələ ilə bağlı Hacı Mir Seymur Əliyev və Cəfər Cəfərovun mövqeyini öyrənmək mümkün olmayıb.