“Vəzifəli şəxslərə sərf etmir deyə gəlirlərini açıqlamırlar” - ARAŞDIRMA
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Mediada zaman-zaman dövlət məmurlarının, deputatların mülkləri, biznesləri ilə bağlı araşdırmalar yayılır.
Məlum olur ki, onların əmlakları aldıqları maaşla uzlaşmır. Bəs bu pullar necə əldə olunur? Ekspertlər deyir ki, problem məmurların gəlirlərini bəyan etməməsi ilə bağlıdır. Hələ 2005-ci ilin avqustunda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanun qüvvəyə minib. Amma qanunun üzərindən 18 il keçsə də, icra olunmur. //abzas.org//