Haqqında bəhs edəcəyimiz İradə Gülməmmədova barəsində onu qeyd edək ki, o, 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1969–1979-cu illərdə orta təhsil almış, 1979-cu ildən 1985-ci ilə qədər Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsilini davam etdirmişdir. İradə Gülməmmədova Yolçu Gülməmmədov ilə ailəlidir, Məhəmməd adında bir oğul və Vüsalə adında bir qız övladı var.
Məlumat üçün onu da qeyd edək ki, 1990-cı ildən indiyədək Azərbaycanda 4 xanım icta icra hakimiyyəti başçısı olub. 1993-2000-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı Dilruba Camalova, 1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Səmayə Piriyeva, 1995-2005-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı Sədaqət Qəhrəmanova, 2003-cü ildən 2005-ci ilədək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Fidumə Hüseynova və 2015-2022-ci ildə İradə Gülməmmədova Abşeron rayonunun icra başçısı vəzifəsində çalışmışdır.
Sözümüzün canı odur ki, İradə Gülməmmədovaya dövlət tərəfindən böyük etimad göstərilib. Amma bu insan dövlətin ona göstərdiyi etimadı doğrultmayıb. Bu adam 8 ildə Abşeronda 8 iş yeri açmadı, 8 insanı işlə təmin etmədi. Amma... Əmması odur ki, yüzlərlə iş yeri açmaq istəyən insanı, sahibkarı, biznesmeni müflis elədi, şirkətləri çökdürdü.
Təsəvvür edirsiniz, İradə Gülməmmədova və yaxın ətrafı iş adamlarının layihələrini təzyiqlə tutub əllərindən alıblar hətta... Bəli, öz qohum-əqrəbasını həmin şirkətlərin payına şərik ediblər, özü də 50 faiz... Bu bilirsiniz nə deməkdir...?
Məmurun əlində inzibati resurslar var deyə, şirkət sahibinə deyir ki, təsisçi payının 50 faizini mənim qardaşıma, yaxud oğluma verməlisən... Bax, İradə Gülməmmədova Abşeronda fəaliyyət göstərmək istəyən iş adamlarına deyirdi ki, ən azı 50 faiz ortaq, şərik olmalıyıq. İcra başçısı olduğu dönəmdə bir sıra qalmaqallarla yadda qalan İradə Gülməmmədova rayonda “biznesledi” kimi də tanınırdı. Onun ailə üzvlərinin adına böyük şirkətlərinin olduğu da dəfələrlə mediada qeyd edilib.
Təsəvvür edirsiniz İradə Gülməmmədovanın ən yaxın adamı - Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, bələdiyyə sədrləri, hətta bacısı oğlu Babək Alıyev həbs olunur. Amma İradə Gülməmmədovaya söz deyən olmur. Bir soruşan yoxdur ki, icra başçısının icazəsi olmadan baş memar, bələdiyyə sədri torpaq sata bilməz.
Sözün qısası, İradə Gülməmmədova son vaxtlar Abşerondakı obyektlərini satışa çıxarıb. Obyektlərindən birini 15 milyona hərraca qoyub. Soruşanlara deyir ki, yaxın zamanda böyük vəzifəyə gedəcəm, obyektləri satıram ki.....
Bəli, İradə Gülməmmədova yaxın rəfiqəsi olan bir xanımla falçılara, dua yazanlara xeyli pul buraxıb özü üçün karyera duası yazdırır... Deyirəm, bütün işlər dua yazdırmaqla əmələ gəlsəydi, onda şamanlar dünyaya rəhbərlik edərdi. Bu başqa yazının mövzusudur.
P.S. Biz İradə Gülməmmədovaya bir məşhur məsələni yada salmaq istəyirik. İradə xanım, mollanın inəyə dua yazmasını yəqin eşitmisən... Səkinə arvad süd verməyən inəyinə dua yazdırmaq üçün mollaya xahiş edəndə... Molla onun inəyinə bir dua yazır, yazır ki, İradə, pardon, Səkinə, sənin inəyin süd vermir mən nə edim. Amma Molla ona bir kağız parçası yazaraq verir ki, apar as inəyin buynuzundan. Vədə yetişir, inək dünyasını dəyişir. Həmin kağızı oxuyan evin kişisi arvadını balta ilə doğrayaraq, öldürür. Bu rəvayət uzun zamanlar bundan öncə baş vermişdir. //gundelik-baku.com//