Axtarış...

Akif Çovdarovun əmlakları ilə bağlı qərardan verilmiş şikayət üzrə məhkəmənin vaxtı məlum olub

Akif Çovdarovun əmlakları ilə bağlı qərardan verilmiş şikayət üzrə məhkəmənin vaxtı məlum olub


Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş protest və şikayətlə bağlı məhkəmənin vaxtı məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Rəşad Abdulovun icraatına verilmiş işə aprelin 25-də baxılacaq.

Qeyd edək ki, prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış 30 milyonluq əmlakın 13 milyon təşkil edən hissəsinin yenidən xüsusi müsadirə edilməsini istəyib.

Azad olunan əmlaklardan biri də 8-ci kilometrdə yerləşən ticarət və xidmət sahəsinin 50 faizlik payıdır.

Bununla bağlı isə bazarın keçmiş sahibi Çingiz Əsədov kassasiya şikayəti verib.
Məhkəmə şikayətlərə bir yerdə baxacaq.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıblar.

2022-ci ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bundan başqa, Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
최고 등급의 잭팟
슬롯 사이트
사이트에서 궁극의 게임 스릴을
경험하십시오."이 기사는 특정 슬롯 사이트가 업계 최고의 게임 경험을 제공하는 이유를 강조합니다. -노치 보안 기능, 보너스 및 프로모션, 연중무휴 고객 지원, 공정하고 책임감 있는 게임 관행, 빠르고 안전한 결제, 모바일 호환성. 이 기사는 독자들이 사이트에 가입하여 이러한 기능을 직접 경험할 수 있도록 초대합니다."