"Heç bir karantin qaydasını pozmamışam".
Bunu Qaynarinfo-ya ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov sosial şəbəkədə yayılan fotodan, karantin qaydalarının pozulması ilə bağlı ittihamlara aydınlıq gətirərkən deyib.
5 ildir ki, bu işi aparan vəkil artıq ailə üzvü kimi qəbul edildiyini bildirib:
"Hələ də başa düşmürlər ki, söhbət nədən gedir. Akif müəllim buraxılandan sonra evə gəldik. Evdə 4-5 nəfər ailə üzvləri vardı. Getmək istəyərkən icazə vermədilər, dedilər, bir tikə çörək yeyin, sonra gedərsiniz. Biz də oturduq. Burda axı nə var? Ailə üzvləri onsuz da bir yerdədir. Bizi də 5 ildir bu işi apardığmızdan ailə üzvü kimi qəbul edirlər".
Kamandar Nəsibov qeyd edib ki, Akif Covdarovun səhhəti normaldır:
"Özünü çox gözəl hiss edir. Amma bir müddətdən sonra müalicə olunacaq. İndi karantin vaxtıdır. Hər hansı müalicə ilə bağlı hansısa xəstəxanaya müraciət eləmək təhlükəlidir. Karantin bitsin, müayinə üçün lazımı xəstəxanaya müraciət edəcəyik".
Qeyd edək ki, ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarovun evindən foto paylaşılıb və karantin qaydalarının pozulduğu bildirlib.