Axtarış...

Şirkət rəhbəri Akif Çovdarovu məhkəməyə verdi - TƏFƏRRÜAT

Şirkət rəhbəri Akif Çovdarovu məhkəməyə verdi - TƏFƏRRÜAT

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi, general-mayor Akif Çovdarov məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, Akif Çovdarovu məhkəməyə verən “Real-MTK”nın sahibi İlham Qasımovdur.

Məhkəmə iddiası mülki hüquq pozuntularından irəli gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, İ. Qasımov A. Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Belə ki, İ. Qasımov A. Çovdarov vəzifədə olduğu zaman onun tərəfindən dəfələrlə həbslə hədələnib və ondan külli miqdarda pul alınıb.

Həmçinin İ. Qasımov məşhur milyarder Gülağa Qənbərovun (Tənha) şikayəti əsasında 2016-cı ildə həbs edilib.

İ. Qasımov G. Tənhaya qarşı 20 milyonluq dələduzluqda ittiham olunub.

Məhkəmə tərəfindən 15 il azadlıqdan məhrum edilən İ. Qasımov 2019-cu ildə azadlığa buraxılıb.

***

Tanınmış iş adamı İlham Qasımov ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general Akif Çovdarova qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiasına Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Babayev tərəfindən baxılacaq.
Məlumat üçün bildirək ki, iddia maddi ziyanın ödənilməsi ilə bağlı qaldırılıb.
Qeyd edək ki, həm İlham Qasımov, həm də Akif Çovdarov bir müddət əvvəl həbsdə olublar.
Dələduzluqda, külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinən İlham Qasımov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə 15 il azadlıqdan məhrum edilib. 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsində keçirilən apellyasiya şikayəti üzrə prosesdə İlham Qasımovun məhkumluq cəzası 15 ildən 12 ilə endirilib. İlham Qasımov məşhur iş adamı və şair Gülağa Qəmbərovun (Tənha) şikayəti əsasında həbs edilib. Bildirilir ki, İlham Qasımov iş ortağı olar şair Gülağa Tənhanın etibarından sui-istifadə edərək 19,5 milyon manat mənimsəyib. 2019-cu ilin dekabr ayında isə İlham Qasımov azadlığa çıxıb.
İlham Qasımov eyni zamanda 2015-ci ildə həbs olunan MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb. Bildirilir ki, Çovdarov bir neçə dəfə onu ləğv olunan MTN-ə apararaq həbslə hədələyib, külli miqdarda pul alıb. Bu məbləğin miqdarı 250 min dollar civarında göstərilir. Akif Çovdarov isə 12 il cəza almasına baxmayaraq 2020-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz