Son 12 ayda Fransada kiçik və orta müəssisələrin müflisləşməsinin sayı təxminən 1,5 dəfə - 43,6% artıb.
Bu statistika həm də, Fransa hakimiyyətinin COVID-19 pandemiyası zamanı kiçik və orta biznes üçün etibarlı müdafiəni təmin edən dəstək tədbirlərini məhdudlaşdırması ilə əlaqədardır. İndi bir çox sektorda iflas statistikası yenidən yüksəlir.
Qeyd olunur ki, hazırda kənd təsərrüfatı müəssisələri, hotellər, restoranlar, eləcə də pərakəndə satış mağazaları digərlərinə nisbətən daha çox çətinlik yaşayır. Üstəlik, ekspertlər xəbərdarlıq edirlər ki, yaxın aylarda bu müəssisələrin hamısı daha çox zərər görəcək.
“Altares” şirkətinin aparıcı tədqiqatçısı Tyerri Millonun fikrincə, xüsusilə də qida seqmentində davamlı inflyasiya insanların ilk növbədə bayramlara pul xərcləməyə və istehlak səviyyəsinə qənaət etməyə üstünlük verdiyi yay mövsümü başlayan kimi, ev təsərrüfatlarının xərclərini ağırlaşdırmağa davam edəcək.
2023-cü ilin sonuna qədər azı 55 min müəssisənin müflisləşəcəyi proqnozlaşdırılır ki, bu da 2018-ci ilin göstəricilərinə qayıtmaq deməkdir.
Mənbə: France 2