Axtarış...

Qarakazımlı sakinlərinin günləri QARA GƏLİB… – GİLEY

Qarakazımlı sakinlərinin günləri QARA GƏLİB… – GİLEY

Cəlilabad rayonunun Qarakazımlı kəndinin yolları bərbad vəziyyətə düşüb.

Millitv.az bildirir ki, bu barədə "Report"un Muğan bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, kəndin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Sakinlər deyib ki, Qarakazımlı kəndinin yolundan qonşu Moranlı, Dələli və digər kəndlərin də sakinləri istifadə edir.

Kənd camaatı bildirib ki, bir qədər yağış yağan kimi yolda palçıq yaranır və burada hərəkət etmək çətinləşir.

Məsələ ilə bağlı Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasından "Report"un yerli bürosuna bildirilib ki, kənd sakinlərinin bələdiyyəyə vergi borcları yığılıb.

Qeyd edilib ki, həmin vergi borcları ödənildikdən sonra problem öz həllini tapacaq.

Qeyd edək ki, Qarakazımlı kəndi rayon mərkəzindən təxminən 30 km aralıda yerləşir.


Text-to-Speech

DİNLƏ






Şərh yaz