Axtarış...

Masazır qəsəbəsində hər gün tikilən sənədiz evlər - İcra nümayəndəsi Şahlar Əsgərov necə milyonçuya çevrildi?

Masazır qəsəbəsində hər gün tikilən sənədiz evlər - İcra nümayəndəsi Şahlar Əsgərov necə milyonçuya çevrildi?


Ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov açılmış cinayət işi üzrə həbs edildi. İcra nümayəndəsinin həbs edilməsi səbəbi isə Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət alması müəyyən edilib.
Əli Həsənov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri maddələri ilə ittiham olunur.
Bildirək ki, Abşeron rayonun bir çox qəsəbəsələrində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz fərdiq evlərin, obyektlərin tikintisi artıq adi halı alıb. Rayon icra hakimiyyətinin himayəsi və qəsəbə icra nümayəndələrinin havadarlığı altında son illər maklerlər tərəfindən minlərlə qanunuz evlərin tikilməsi göz önüdədir. Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi ev və obyektlərin ən çox tikildiyi ərazi Masazır qəsəbəsidir. Hazırda Masazırda qəsəbəsində bəlkədə yüzlərlə heç bir sənədi olmayan, ancaq Abşeron icra hakimiyyətindən "icazə" verilən və qəsəbə icra nümayəndəliyi tərəfindən himayə edilən evlər tikilməkdədir. Masazırda tikilən bütün sənədsiz fərdi evlərin tikintisinə isə qəsəbə icra nüamyəndəsi Şahlar Əsgərov "nəzarət" edir. Belə ki, qəsəbədə ev tikintiinə Abşeron rayon icra hakimiyyətinin icazə alınmasında "vasitəçi"rolunu məhz Şahlar Əsgərov edir. Hazırda Masazır qəsəbəsində sənədsiz fərdi ev tikintisinin icazəsi 3 min manatdan başlayır.
Bildirək ki, Masazır qəsəbəsində hazırda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid ərazilərdə tikilən qanunsuz, heç bir rəsmi icazəsi olmayan yüzlərlə fərdi evlərin tikintisinə göz yumna, himayədarlıq edən şəxs icra nümayəndəsi Şahlar Əsgərov olub. Zakir Fərəcovun dövründən Masazır qəsəbə icra nümayəndəsi işləyən Şahlar Əsgərov milyonçuya çevrilib. Təkcə Masazır qəsəbəsində Şahlar Əsgərova məxsus ancaq qardaşının adına sənədləşdirdiyi onlarla obyekt mövcuddur. Əldə etdiyimiz məlumata görə Şahlar Əsgərov Masazırdakı kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qardaşı vasitəsilə onlarla fərdi ev tikdirərək satdırıb. Aylıq əmək haqqısı 800 manat olan qəsəbə icra nümayəndəsi Şahlar Əsgərovun varidatının 10 milyona yaxın olduğu iddia edilir.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində və digər ərazilərdə maklerlər tərəfindən hər gün tikilən qanunsuz fərdi yaşayış evləri ilə bağlı araşdırma apararsa qəsəbə icra nümayəndəsi Şahlar Əsgərovun həbs edilməsi qaçılmaz olacaq.
Bildirək ki, növbəti yazımızda masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində və digər ərazilərdə sənədiz evlərin tikintisi ilə bağlı reportajımızı oxucularımıza təqdim edəcəyik.

Ardi var Bizi izləyin...

Mənbə: Azadsoz
Text-to-Speech

DİNLƏ






Şərh yaz