Bu gün təxribata əl atan erməni silahlı birləşmələri çox sayda itki verib.
Millitv.az erməni KİV-ə istinadən xəbər verir ki, ordumuzun cavab tədbirləri nəticəsində Ermənistanın Əlahiddə Ordu Korpusunun komandiri Armen Gyozalyan ağır yaralanıb.
Qeyd edək ki, polkovnik rütbəsini daşıyan erməni zabit sözügedən vəzifəyə cari ilin fevral ayında təyin edilmişdi.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi atışma nəticəsində itkilərinin və yaralılarının olduğunu açıqlayıb.