Axtarış...

Narazılıq yaradan şirkət günahını etiraf edir, amma nə olsun ki... - TƏFƏRRÜAT

Narazılıq yaradan şirkət günahını etiraf edir, amma nə olsun ki... - TƏFƏRRÜAT


Türkiyədən sifarişləri həyata keçirən "SAFE EXPRESS” Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçiləri süründürməçiliyə salıb.

Bu barədə "Arqument.az"a müştərilər məlumat veriblər.

Onlar deyiblər ki, şirkət məhsulların alışını gecikdirir, bunu isə sistemdə yaranan problemlə əlaqələndirir. Bu üzdən onlara müştəri sifariş verdiyi məhsulları ala bilməyib.

"SAFE EXPRESS” Türkiyə olan poçt bağlamalarının, həmçinin Türkiyədən internet mağazalarından sifariş edilən malların Azərbaycan ərazisinə daşınmasını həyata keçirən MMC-dir.

Şirkət sifarişləri "safex.az" onlayın platforması üzərində həyata keçirir. Bundan başqa, şirkətin "votsap", "Feysbuk" və "instaqram" səhifələri də fəaliyyət göstərir.

Sosial şəbəkələrdə aparılan reklam vasitəsilə insanları cəlb edən şirkətin əslində keyfiyyətli xidmət göstərmədiyi iddia olunur.

Məsələn, istifadəçilərdən biri deyir ki, mart ayının 23-də "safex.az" üzərindən sifarişlər verib və Türkiyədəki mağazalara onlayn ödəniş edib, amma şirkətin bank hesabında və səhifəsində yaranan problem səbəbindən sifarişlər verilməyib. Nəticədə sifariş verilən məhsullar bitib, "stok"dan çıxarılıb. Habelə sifarişlər süni şəkildə şirkət tərəfindən gecikdirildiyindən məhsulların bəzilərinin qiyməti artıb.

Şikayətçilər deyirlər ki, dəfələrlə bu cür problemlərlə qarşılaşıblar. Ödənilən məbləğin isə geri qaytarılması vədi verilsə də, nağd qaytarılmayıb, sadəcə, öz sistemlərindəki bazaya yerləşdiriblər.

"SAFE EXPRESS” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilərdən yayınması ilə bağlı iddialar da var.

MMC-nin ünvanı isə Bakı Şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti 4A (Gənclik Metrosu) göstərilir.

Şirkətin Bakıda - Gənclik, Əhmədli, Yasamal, Masazır, regionlarda isə Gəncə və Ağıstafada fililalları fəaliyyət göstərir.

"SAFE EXPRESS”dən narazı qalan müştərilərdən bir neçəsi isə Vergilər Xidmətinə və hüquq mühafizə orqanlarına müraciət edəcəklərini də deyiblər.

Şirkətdən "Arqument.az"a bildiriblər ki, problem onların onlayn platformasında və Türkiyədəki bank kartlarında yaranıb. Yəni yaranmış problemin şirkətlə bağlı olduğunu təsdiqləyiblər. //Arqument.az//

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz