Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib.
Millitv.az FED.az-a istinadla xəbər verir ki, bu – «Xəzər İnşaat KO» MMC-dir (VÖEN: 1501130591).
Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərində 1 milyon 698 min 454 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 17 tenderlə əldə edib – bir tenderin orta qiyməti 99 min manatdır.
«Xəzər İnşaat KO» MMC-nin əsas «müştərisi» Zərdab Rayon Suvarma Sistemləri İdarəsi olub. Şirkət tenderdən 2-ni bu qurumdan qazanmaqla 437 min 467 manat əldə edib. Bu isə ümumi tenderlərin 26 faizi deməkdir.
Qeyd edək ki, şirkət əsasən bərpa-restavrasiya layihələrin xüsusi arxivin yaradılması, cari təmir üçün ehtiyyat hissələrin satın alınması işləri üzrə xidmət göstərir.