"SOCAR AQŞ işçilərinin və rəhbəri cənab Samir Mollayevin diqqətinə!"
DİA.Z bildirir ki, bu xəbərdarlıqla Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin nümayəndəsi Azər Quliyev çıxış edib.
Hüquqşünas daha sonra bildirir: "Növbə üsulu ilə işləyən işçilərdə, aylıq iş saatları istehsalatla bağlı hər ay üzrə məhdud sayda normadan az və ya çox ola bilər, lakin həddən çox olması, dənizdə 21 günlük iş rejimində işlədilməsi, işçilərin iş rejiminin və istirahət rejiminin pozulması Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır. Əmək Məcəlləsinin tələblətini pozan işəgötürənlər isə ağırlıq dərəcəsindən asılı olaraq müvafiq maddi, inzibati, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər.
İstər normal iş rejimində, istərsədə növbə üsulu ilə işləyən işçilər bayram günlərində işlədikləri halda əmək haqqı ikiqat məbləğdə ödənilir".DİA.Z