Axtarış...

Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, onların sosial təminatı, sağlamlıq vəziyyəti və digər məsələlərdə ardıcıl proqramlar həyata keçirir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etsədə “Azərenerji” rəhbərliyi nədənsə bu siyasətə böyük zərbə vurur.

“Azərenerji” ASC-nin nəzdində olan “Enerjiservistikintitəmirsazlama” MMC-nin rəhbərliyi Mingəçevirdə bir qurup Qarabağ veteranlarını kütləvi işdən çıxarılması ilə bağlı Dünyanınsəsi.Az saytına göndərmiş olduqları Video-şikayəti təqdim edirik:

Azərbaycan Respublikasının Birinci vitse-preizidenti hörmətli Mehriban xanım Əliyevaya
“Azərenerji” ASC-nin nəzdində fəaliyyət göstərən “Enerjiservistikintitəmirsazlama” MMC-dəki işindən çıxarılan müharibə veteranları-Bəkirov Qiyas Həmzə oğlu və Adıgözəlov Etibar Abbasəli oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Mehribaxn xanım, Sizə müraciət etməyimizin səbəbi ölkəmizdə yeni iş yerlərinin açıldığı ərəfədə bizim işdən azad olunmağımızdır. Belə ki, “Azərenerji” ASC-nin nəzdində olan “Enerjiservistikintitəmirsazlama” MMC-nin rəhbərliyi bizim imtiyazlı kateqoriyadan-müharibə veteranı olmağımızı və ailə vəziyyətimizin ağırlığını belə nəzərə almadan “müqavilə müddətinin bitməsi” adı altında bizi işdən azad edib.
Hörmətli Mehriban xanım, diqqətinizə çatdıraq ki, elektirik stansiyalarının idarə olunması, təmir edilməsi sahəsində peşəkar və təcrübəli işçilər kimi uzun illərdir ki, işimizin öhdəsində layiqincə gəlmişik. Biz, Sizə müraciət edən şəxslər 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən Mingəçevir İstilik Elektrik Stansiyasında çalışımışıq. Ancaq 2020-ci ilin iyul ayında bizi müddətsiz müqavilə ilə işlədiyimiz Mingəçevir İstilik Elektrik Stansiyasından sonradan “Azərenerji”nin nəzdində peyda olmuş “Enerjiservistikintitəmirsazlama” MMC-yə keçirdilər (sonradan bilmişik ki, bizi aldadaraq müqaviləni bizə təqdim etmədən bizimlə qısamüddətli müqavilə bağlanıb).
Onu da qeyd edək ki, bizimlə bağlanan əmək müqaviləsinin nüsxəsi heç vaxt bizə verilməyib. Bazar qiymətlərinin sürətlə artdığı bir vaxtda və Novruz bayramı öncəsi bizi işsiz qoyublar. Necə olur ki, pensiya yaşı olan şəxslər işdə saxlanılır,amma biz müharibə iştirakçılarını işdən çıxarırlar? Soruşanda isə bizə deyirlər ki, gedin, hara istəyirsiniz, kimə istəyirsiniz müraciət edin.
Hörmətli Mehriban xanım, mən, Bəkirov Qiyas Həmzə oğlunun 5 nəfər ailə üzvündən tək işləyəni mənəm. Yeganə oğlum isə 2008-ci ildə hərbi xidmət vəzifəsini yerinə yetirərkən həlak olub. Mən, Adıgözəlov Etibar Abbasəli oğlunun isə maddi baxımdan çox çətin vəziyyətdədir.Budurmu “Azərenerji” rəhbərliyinin Vətən uğurunda döyüşənlərə və onların ailələrinə qoyduğu hörmət???
Hörmətli Mehriban xanım, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevə, eyni zamanda “Enerjiservistikintitəmirsazlama” MMC-nin rəhbərliyinə edəcəyimiz müraciətin əhəmiyyətsizliyini bildiyimiz üçün Sizə müraciət edirik. Ona görə xahiş edirik ki, çalışdığımız sahə üzrə uzun illərin təcrübəsini, ailəmizin sosial vəziyyətinin ağırlığını, bizim işimizə bərpa olunmağımız, yaxud da hazırda işdən azad olunmuş pensiyaçıların yerinə İstilik Elektrik və Su Elektirik stansiyalarınında başqa işlə təmin edilməmiz üçün müvafiq qaydada göstəriş verəsiniz. Son ümidimiz Sizədir…!

Öncədən Sizə dərin minnətdarlığımızı bildiririk! //Dünyanınsəsi.Az//

Millitv.az Qarabağ veteranlarının Prezidentə ünvanlanmış olan video-şikayətini təqdim edir:
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz