Axtarış...

Agentlikdə kök salmış Qasımovlar klanı

Agentlikdə kök salmış Qasımovlar klanı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində rəhbər vəzifə sahibi olan şəxslərin korrupsiya əməllərindən aktualxeber.az saytı dəfələrlə tənqidi məqalələr vermişdir. Bu gün də həmin dövlət qurumunun bir növ ailə biznesi mərkəzinə çevrilməsindən bəhs edəcəyik. Diqqət yetirək ki, bir tərəfdə ölkə rəhbəri kadr, struktur, siyasi və iqtisadi islahatlar həyata keçirir, mühüm dövlət postlarına cavan, enerjili, savadlı kadrlar təyin edir, dələduz məmurları vəzifələrindən uzaqlaşdırır, bəziləri həbsə göndərilir, korrupsiya hallarının qarşısını alınması istiqamətində ciddi addımlar atılır.
Məmmədov Saleh Ərşad oğlunun rəhbərlik etdiyi qurumda isə, fərqli ab-hava hökm sürməkdə davam edir, AAYDA-nın ailə biznes mərkəzinə çevrilməsi bir kimsədə şübhə doğurmur.

Orada rəhbər vəzifələrə təyin olunan şəxslərin tam əksəriyyətinin ya S.Məmmədovla qohumluq əlaqələri var, ya da ona bu və ya digər yollarla bağlı olan şəxslərdir. Adicə bir faktı qeyd edək ki, Agentlik sədrinin qudası olan və Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi vəzifəsini daşıyan Əflatun Qasımov, onun digər qardaşları Yaqub Qasımov və Ərəstun Qasımov bir sözlə bu Qasımov qardaşlarının məxsus olduqları var-dövlətin sərhəddini müəyyən etmək heç cür mümkün deyil. Bir anlığa diqqət yetirək ki, bu şəxsin Balaxanı qəsəbəsində bir asfaltzavodu, Qaradağ rayonu ərazisində dəyəri milyonlarla qiymətləndirilən 4-5 ədəd gizli zavodu, Novxanıda gözəgəlimli villası, restoranı və s. kimi daşınan-daşınmaz çoxsaylı əmlakları var.

Sözsüz ki, Ə.Qasımovun belə bir həcmdə var-dövlətə sahib olmasının kökündə, məhz onun Saleh Məmmədovla quda olması, eyni zamanda rəhbərliyin “qara kassası” funksiyasını uğurla yerinə yetirməsidir. Onu da unutmaq olmaz ki, baş idarə rəisinin sahib olduğu var-dövlətin varlığı, onun övladlarına da öz təsirini göstərir. Yəni, hazırda Əflatun Qasımovun oğlunun Abşeron RPŞ, Mehdiabad polis bölməsinin rəisi olduğu bildirilir. Başqa bir məqamı da qeyd edək ki, Ə.Qasımov təkcə daşıdığı vəzifəsinin imkanlarından yararlanmır, hətta o, “Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova himayədarlıq etməklə də, kifayət qədər qazanc əldə etməyi bacarır. Yəni, o, daşıdığı vəzifəsinin imkanlarından, daha çox Saleh Məmmədovla quda olmasından sui-istifadə edir və tikinti işləri ilə bağlı həyata keçiriləcək ən böyük layihələri, məhz Xəlil Göyüşovun rəhbərlik etdiyi MMC-yə həvalə etdirir. Bütün bunlar onu subut edir ki, baş idarənin rəisi Əflatun Qasımov qudasına söykənərək hər cür hoqqalardan çıxmağı bacarır.

Bu şəxsin baş mühasib Müseyib Həmzəyevlə qurduğu işbirliyi də, olduqca sensasion məlumatları əldə etməyə imkan verir. Redaksiyamıza daxil olan başqa bir məlumatlarda isə vurğulanır ki, Qasımov soyadını daşıyan bu şəxs yaxın qohum-əqrəbasını AAYDA-nın sturuktur vahidlərində işlə təmin etdirməyi də unutmur. Belə bir səbəbdəndir ki, hazırda yol istismarı idarələrində bu şəxsin qohum-əqrəbası daha çoxluq təşkil edirlər. Məsələn, Əflatun Qasımovun qohumlarından olan 14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC-nə rəhbərlik edən Araz Bəndəliyev, adı çəkilən bu şəxsə arxalanaraq aparılan tikinti işlərinə lazımınca nəzarət etmir. Belə bir səbəbdən də, həyata keçirilən tikinti işlərində ara-sıra faciəli hadisələr baş verir. Xatırladaq ki, keçən il 14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC tikiti işlərində çalışan şəxs texniki təhlükəsizlik qaydalarına əməl etmədiyindən yerə yıxılıraq dünyasını dəyişmişdi. Bu və buna bənzər hadisələr indiyi kimi bir neçə dəfə baş versə də, baş idarənin rəisi yaşanan faciələrə gözucu baxır.

Çünki, Əflatun Qasımovun qudası, özünə “arxa-dayaq” hesab etdiyi Saleh Məmmədov hələ də vəzifə başındadır. Bəzi çevrələrdə isə belə bir söz-söhbət dolaşır ki, baş idarənin rəisi ara-sıra “levı işlər”lə məşğul olmağı da imkan tapır. Bu haqda hər kəsə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.

Aktualxeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz