Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında ““Azərişıq” ASC-nin milyonlar mənimsəyən məmuru” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, hələ “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilibdi. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə isə şirkət çətin vəziyyətə düşmüşdü və orada yoxlamalar başlamışdı. Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanmışdı. Təsəvvür edin ki, təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilmişdi. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar olunmuşdu. “Akkord” şirkətində şok korrupsiya faktları barədə ölkə mətbuatı hələ 2014 -ci ildə silsilə məqalələr yazmışdı. Belə ki, həmin yazılarda Elçin Bədəlovun və Kamil Hüseynovun adı “Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqurlar olaraq çəkilirdi. Aktualxeber.az-a danışan mənbəmiz bildirir ki, “Akkord” şirkətində aparılan audit yoxlamalarından sonra Elçin Bədəlov, təhqiqat departamentinin direktoru Şahin Məmmədov, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmili, infrastruktur departamentinin direktoru İlqar Budaqov, kadrlar departamentinin direktoru Səbinə Feyzova işdən çıxarılsalar da, Kamil Hüseynov “Akkord” şirkətlər qrupunun baş direktoru vəzifəsinə təyin olunub. Bu təyinatın özü geniş bir müzakirə mövzusu olduğundan daha geniş məqaləmizi bəzi dəqiqləşdirmələrdən sonra oxucularımıza təqdim edəcəyik. Bir maraqlı məqamı da qeyd edək ki, son zamanlar “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri olan Kamil Hüseynov bu gün öz qanunsuz əməllərini orada davam etdirməkdədir. V.Əhmədovla tələbə yoldaşı və yaxın dost olan K.Hüseynov “Azərişıq” ASC-də əsas söz sahiblərindəndir. Bütün tenderlərə və layihələrə birbaşa nəzarət edən müşavir müxtəlif maxinasiyalarla “Azərişıq” ASC-də milyonlarla vəsait mənimsəməkdədir.Deyilənə görə Vüqar Əhmədovun bütün qaranlıq işlərini bu şəxs yerinə yetirir. Hardan bilmək olar ki, V.Əhmədovu Elçin Bədəlovun taleyi gözləmir. Bir gün eşitsək ki, “Azərişıq” ASC-nin rəhbəri Kamil Hüseynovdur, heç də təəccüblənmərik. Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//