Adətən “Karqo Şəmil”dən söhbət düşən kimi media əhli ilk öncə onun Ramiz Mehdiyevin nəvəsinin toyunda “Şalakomo” oynamasından bəhs edirlər. “Karqo”nun bu millət, cəmiyyət və dövlət qarşısında elə cinayət əməlləri var ki, vallahi, Ramiz Mehdiyevin nəvəsinin toyu “toya getməlidir”. Təsəvvür edirsiniz, KARQO-dur, QARQA-dır nədir...bu adam Çindən və diğər ölkələrdən keyfiyyətsiz məhsulları, tikinti avadanlıqlarını, üzlükləri, çardaq örtüklərini, sair keyfiyyətsiz inşaat materialalrını daşıyıb Azərbaycana gətirir və milyonlar qazanır.
İndi iraq olsun zəlzələ-filan olarsa, Karqo Şəmilin gətirdiyi inşaat materialları ilə tikilən binaların, onun altında qalan insanların vəziyyətini təsəvvür edin...
İndi gördünüzmü, “Ramiz Mehdiyevin toyu” toya getməlidir..?
Ona görə də biz Karqonun hansı toyda hansı havanı oynamasından çox bu yaramazın millətimizə, iqtisadiyyatımıza TOY TUTMASINDAN bəhs edirik.
Təsəvvür edirsiniz, Karqo Şəmilin 100-dən artıq saxta şirkəti var. Deməli, xarici ölkələrdən adına milyonlarla məhsul gələn saxta şirkətlər vergidən yayınır, daha sonra həmin şirkətlər ləğv edilərək, iz itirilir. Və proses yenidən başlayır.
İndi özünüz Karqo Şəmilin Azərbaycanın dövlət büdcəsinə vurduğu ziyanı, yüz milyonları təsəvvür edin. Bu boyda cinayət əməllərinin sahibi olan kəsin barəsində mətbuatda bircə kəlmə tənqidi yazı gedən kimi KARQO Şəmil tumanını başına keçirib ora-bura üz tutur və ən dəhşətlisi odur ki, Ramiz Mehdiyevin dostu olan bəzi adamların dəstəyi ilə medianı susdururlar.
Biz hələ Karqo Şəmilin ipoteka oyunlarından danışmırıq, onun elə əməlləri var ki, adam açıb-ağartmaq istəmir.
Bəli, ucundan-qulağından deyək, özünüz nəticə çıxardın. Belə ki, Karqo Şəmilin özünün “Cinayət Məcəlləsi”, özünün cəza metodları var, hətta deyirlər gizli...”ağzıbiri” də var. Həə, Karqo Şəmil ona borcu olanları öz metodları ilə məhşər ayağına çəkir, “nakazat” edir, nə bilim başlarına olmazın oyunları açır... Bilirsiniz, bunu harada edir? Badamdarda...
Görəsən, Karqo Şəmildən soruşan yoxdur ki, sən kimsən sivil, demokratik Azərbaycan Respublikasında öz cəza qaydalarını diqtə edirsən..?
Deyəsən, payın çox düşüb... Bəlkə, Ramiz Mehdiyevin təlimatları ilə oturub-durursan..? Amma illər uzunu törədilən bu boyda cinayət əməllərinin bir sonu olmalıdır. Bunu həm ilahi ədalət, həm də dövlətimizin qanunları tələb edir.
Yəqin ki, yaxın zamanda Karqo Şəmilin bütün gizlinləri ortaya çıxacaq və o nəhayət layiq olduğu cəzanı alacaq.
P.S. Əgər Karqo Şəmil həbs olunarsa, onu ən ağır ittihamlar gözləyir. //gundelik-baku.com//