Axtarış...

“Qazi olduğun üçün sənə endirim edirik, 1000 manat ver, get rahat işlə”

“Qazi olduğun üçün sənə endirim edirik, 1000 manat ver, get rahat işlə”


Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə ölkədə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarını yaratmaq, inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində və ya nağd vəsait formasında dövlət dəstəyi göstərilir. Ailə movcud proqram çərçivəsində təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsalı və ya xidməti üzrə əmlaklarla təmin edilir. Azərbaycandakı özünüməşğulluq proqramı məhz formasına görə digər ölkələrdəki təcrübədən ciddi şəkildə fərqlənir. Yəni dövlət Azərbaycanda vətəndaşına işini qurmaq üçün hər iki halda yardımçı olur. Lakin...

Şəhid ailələri, Qarabağ qaziləri, əlillər cəmiyyətin həssas təbəqələridirlər. Ölkə başçısının müvafiq qərar və tövsiyyələri ilə bu kateqoriyadan olan şəxslər mütəmadi olaraq dövlət strukturlarının daimi nəzarətində olurlar. Mənzil, sosial problem və məşğulluqla bağlı aidiyyatı dövlət qurumları bu təbəqəyə daim diqqət ayırır. Bu, dövlətin həmin qrupdan olan şəxslərə həm də mənəvi borcudur. Çox təəssüf və təəccüblə qeyd etmək lazımdır ki, bəzi dövlət qurumlarında çalışan şəxslər nəinki həmin həssas qrupun, hətta az qala dövlətin belə onlara borclu olduğu qənaətindədirlər. Çünki həmin şəxslər üçün “şəxsi mən” ən vacib və önəmlidir.

Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, Qarabağ qazisi, 2-ci qrup əlil Akif Fikrət oğlu Məmmədova yaradılan süni problemin əsasinda da, məhz problemi yaradanların “şəxsi məni” dayanır. Qazi yaşayan şəhiddir, tarixin şahididir, qələbənin müjdəçisidir. Qazilik məqamdır. İnsanlıq üzərində haqqı olandır. Lakin...

Lakin Tovuz rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini polkovnik-leytenanat Anar Xəlilov zehniyyətində öncə onun şəxsi “maraqlarıdır”. Hətta vətəndən də, dövlətdən də, ötədə rəis müavininin “maraqlarıdır”. Çox təəssüf ki, bu “maraqların” nüvəsində isə məhz qanun yoxdur. Nə yazıq ki, qanunu müdafiə etməli olan şəxsin istəyində qanunauyğun tərəf və tələb yoxdur.

Qarabağ qazisi dövlətdən hər hansı bir vəsait və yardım almadan qurduğu kiçik sahibkarlıq subyektində normal iş rejimindən məqsədli şəkildə məhrum edilib. Tovuz rayon, Yuxarı Öysüzlü kənd sakini, Qarabağ qazisi, 2-ci qrup əlil Akif Fikrət oğlu Məmmədovun müraciətində qeyd edilir ki, o, rayonun Cırdaxan kəndi ərazisində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sadə və anlaşılan dillə ifadə etsək ikinci əl dəmir və dəmir məmulatlarının alqı-satqısı ilə məşğuldur. Tovuz rayon polis şöbəsinin rəis müavininin şifahi tapşırığı ilə ərazidə xidmət aparan polis əməkdaşları qazini “qeyri-qanuni fəaliyyətdə” suçlayaraq, ona davamlı təzyiq edirlər. Müqavimətsiz etiraz edən qazinin polis şöbəsinə gətirilməsindən sonra isə əsas “məqsəd” bəlli olur. Sən demə hörmətli rəis müavini kriminal jarqon ilə ifadə etsək qaizini “tasa otuzdurmaq” istəyir. Təxminən 8 ssatlıq səbəbsiz sorğu-sualdan sonra “istintaqı” aparan Orxan Əlizadə adlı polis əməkdaşı Qarabağ qazisindən 5000 azn pul istəyir. Vətənin azadlığı uğrunda tökdüyü bir damla qanının belə dünya boyda dəyəri olan əlil qazinin sözsüz ki, Orxan Əlizadənin iddia etdiyi qədər pulu olmadığı üçün etiraz edir. Bu zaman polis əməkdaşının vətənpərvəliyi “qabarır”. “Qazi olduğun üçün sənə endrim edirik. 1000 manat ver, get rahat işlə” – deyir. Və bu zaman dəhşət və heyrətlə müşayət olunan sual yaranır. Adam sən nəyi alıb satdığını düşünürsən ki, endirimlərdən danışırsan? Qarşındakı vətənləşmiş vətəndaşdır. Qazidır. Hər kəsin borclu olduğu şəxsdir. Vətəndaşa vətənini qaytaran əsgərdir. Sən bilirsənmi vətən nədir Orxan Əlizadə? Sən bilirsənmi işğal nədir Orxan Əlizadə? Və sən bilirsənmi..? Bilrmirsən. Adım kimi əminəm ki, bilmirsən. Əgər bilsəydin Qazidən, gəzən şəhiddən rüşvət istəyətdinmi? Əsla. Deməli bilmirsən. Əgər bilmirsənsə o, zaman...

Məsələ bununla da, bitmir. Çünki adamların şəxsi məni dövlət və dövlətçiliyin hüdudlarını çoxdan aşıb. Adamlar özlərini mülkün sahibi hesab edirlər. Ölkə başçısının “hər bir məmur vətəndaşın xidmətçisdir” çağrışı bu şəxslər üçün keçərsizdir. Məmur əgər Prezidentin çağırışını önəmsəmirsə, o, zaman deməli ox yaydan çıxıb. Deməli vəziyyətin geriyə dönüşü yoxdur. Əgər belə olmasa idi öz işini polisin caynağından xilas etmək üçün çarəsiz qazinin Orxan Əlizadəyə təklif etdiyi 500 azn-dən sonra “rahat işləmək istəyirsənsə, hər ay 300 manat haqqı vaxtında çatdır” tələbi olmazdı. Bu sözün bitdiyi məqamdır.

Asif Məhərrəmov hadisə ilə bağlı DİN-in 102 qaynar xəttinə, Ombudsmana rəsmi müraciət edib. Lakin sual olunur, adam nədən həmin qurumlara müraciət etməli idi? Hansı zərurət yarandı ki, vətəndaş mərkəzə və ya daha yuxarı orqana problemi ilə bağlı müraciət etdi? Axı bu vətəndaşın problemi deyil, məhz vətəndaşa yaradılan problemdir. Axin.az

Məlumatda adı çəkilən qurum və şəxslərin də, münasibətlərini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz