Axtarış...

Nazirlik ölkədə vətəndaş narazılığını artırır - İTTİHAM

Nazirlik ölkədə vətəndaş narazılığını artırır - İTTİHAM

Nazirliyidir. Ancaq KİV-də yayılan məlumatlara görə, bu nazirliyin fəaliyyəti vətəndaşların sosial müdafiəsinin təmin edilməsindən daha çox onların dövlətdən narazılığının artmasına zəmin yaradır”.

Bunu Reyting.az-a Təkamül Partiyasının sədri, iqtisadçı-alim Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan narazılıqlar pandemiya dövründə özünü xüsusilə biruzə verməkdədir: “Pensiyaların təyin edilməsi, əlillərə, aztəminatlı ailələrə təqaüdlərin müəyyən edilməsi, özünüməşğulluq proqramı çərçivəsində dövlət tərəfindən vətəndaşlara edilən yardımların verilməsi, işsizlərin məşğulluq xidmətlərində qeydə alınması sahəsində çoxsaylı qanun pozuntuları haqqında məlumatlar yayılmaqdadır. KİV-də yayılan məlumatlara görə, hətta Gədəbəy rayonunda gözdən (anadangəlmə) əlil olan vətəndaşın təqüdünü kəsməkdən belə çəkinməyiblər”.

T. Qənioğlu qeyd edib ki, nazirliklə bağlı yayılan məlumatlar ciddi araşdırılmalı, vətəndaşla dövlət arasında narazılıq yarada biləcək bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz