“Bakı Qlobal Forumunun İslam dünyası üçün xüsusi yeri var. Burada önəmli insanlar bir sıra problemli məsələləri həll etmək üçün müzakirələr aparırlar”.
Bunu AZƏRTAC-a müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu deyib.
Türkiyənin Azərbaycanın Qarabağ məsələsində mövqeyini daim dəstəklədiyini vurğulayan sabiq baş katib qeyd edib:
“İnanırıq ki, yurd-yuvasından didərgin düşmüş insanlar tezlikdə öz evlərinə qayıdacaqlar. Fikrimcə, hər kəs bu məsələlərdə Azərbaycanın yanında olmalıdır, çünki gələcəkdə onlar Azərbaycanın köməyinə möhtac olacaqlar”.