Artıq bir neçə gündür ki, Qazax rayonunun Daş Salahlı kəndi sakinləri tərəfindən redaksiyamıza intensiv müraciətlər daxil olur. Müraciətlərdə bildirilir ki, kəndin qərbində yerləşən, Daş Salahlı bentonit gil mədəni –“AZROSPROMİNVEST” MMC illərdir kəndi toz altında boğmaqdadır. Beləki,yüksək keyfiyətli gil tozu üyüdüb digər ölkələrə göndərərək ,özləri üçün pul qazanırlar. Lakin ,adı çəkilən MMC-nin rəhbərliyi kənd camaatından dəfələrlə etirazlar eşitsələr də, bu tozun qarşısını almaq haqda heç düşünmək belə istəmirlər. Çünki, sakinlərin bildirdiklərinə görə, tozun qarşısını almaq üçün, müəyyən vaxtdan sonra filtrlər yenilənməlidir. Yenilənmə əməliyyatı isə , xərc tələb etdiyindən filtrlər dəyişdirilmir. Faktla əlaqədar ,redaksiyamız tərəfidən həmin kombinata getdik . Kombinatın kənarından iki böyük borudan çıxan tozun mənzərəsini çəkərkən, bahalı bir avtomobillə iki nəfər yaxınlaşaraq "niyə çəkirsiniz" deyə soruşdular. Vəsiqəmi göstərib özümü təqdim etdikdən sonra ,özünü mühafizənin rəisi kimi, təqdim edən ( digəri isə özünü isə təqdim etməkdən imtina etdi) gənc adam çəkiliş aparılmasına icaze yoxdur deyərək, bildirdi.Rəhbərliklə görüşmək isdədiyimizi bildirdik.Radsiya ilə əlaqə saxlayan mühafizə rəisi rəhbərliyin mətbuatla görüşmək isdəmədiyini bildirdi. Nəisə ki, biz gördüyümüzü görüb, çəkilişimizi etdik. Rəhbərlik isə, görünür suallarımız bəlli və haqlı olacaqdı deyə, bizimlə görüşməkdən imtina etdilər. Ancaaq ”cidanı çuvalda gizlətmək olmaz “
Çəkdiyimiz fotolar və video görüntülərdə açıq göründüyü kimi, toz dumanının varlığı danılmaz faktdır. Həmin tozun tərkibində hansısa zəhərli maddələrin varlığı, miqdarı isə bəlli deyil. Kənd camaatının bu mövzudakı narahatlığında haqlı olduğunu isbatlamağa başqa bir dəlil lazım deyil. Evlərin damında yığılan toz miqdarı qorxunc miqyasdadır.
Onu da qeyd edək ki, mühafizə rəisi şəstlə müdür əvəzi “ nə isdəyirsiniz, bu kənddən bu qədər insan burda işləyib maaş alır” deyir. Ancaq, on min əhalisi olan kəndin bu toz səbəbiylə, həmçinin, ekologiyanın pozulmasından dolayı xeyli əziyyət çəkdiyini ya bilmir, ya da, bilməzlik edir. Biz isə, mətbuatçılıq borcumuz olaraq, gördüklərimizi çəkdik və yazdıq. Güman ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla, ölkədəki və regiondakı aidiyyəti qürumlar bu haqda bir tədbir görəcəklər. (Shafaqadogru.com)
Redaksiya qarşı tərəfin fikirlərini dinləməyə hazırdır.