Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Millitv.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki Əşrəf Allahyarov tutduğu vəzifəsindən azad edilərək Yasamal Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq idarənin rəis müavininə həvalə edilib.
Qeyd edək ki, polis polkovniki Əşrəf Allahyarov Daxili işlər nazirinin sabiq müavini general-leytenant Oruc Zalovun kürəkənidir.