Araz” marketlər şəbəkəsində vaxtı keçmiş, tamamilə yarasız ərzaq məhsullarının satılması faktı üzə çıxıb.
Şamil Əzizbəyov küçəsində yerləşən marketdə alınan şirniyyat (“Bonita” mini rulet) daşlaşmasa da, məhsulun üzərində onun saxlanma müddətinin bu ilin may ayına kimi olduğu göstərilib.
Güman ki, bu məlumat sonradan yapışdırılıb. Beləliklə, satışdan çıxarılmalı olan şirniyyatın “ömrü” saxta yolla uzadılıb. Halbuki onun köhnə və yararsız olduğu dərhal bilinir. Çünki şirniyyat tamamilə bərkiyib və acı dadır. Onu da qeyd edək ki, “Bonita” mini ruletin əsas istehlakçıları uşaqlardır. Belə anlaşılır ki, “Araz” market rəhbərliyini nə müştəri məmnuniyəti, nə də əhalinin, o cümlədən uşaqların sağlamlığı qətiyyən maraqlandırmır. “Araz”ın marketinq siyasəti nə yolla olursa-olsun maksimum qazanc əldə etməyə hesablanıb. Təsəvvür edirsizmi, indi martın əvvəlidir və satışda olan “Bonita” taxta parçası kimi bərk və qurudur. “Araz” rəhbərliyi isə hələ may ayına kimi bu məhsulu alıcılara sırımaqda qərarlıdır.
Beləliklə, aydın olur ki, “Araz” marketdə bəzi məhsulların istifadə müddəti üzərində yeni tarix göstərilməklə saxta yolla uzadılır.
“Araz” marketlərdə təhlükəli ərzaqlar – İstifadə tarixi saxtalaşdırılır…
Onu da qeyd edək ki, bu saxtakarlıq məsul alınan zaman verilən qəbzdən də açıq-aşkar görünür. Məhsulun üzərində onun bir kiloqramının qiymətinin 10,99 AZN-ə olduğu göstərilib. Qəbizdə isə həmin şirniyyatın 1 kiloqramı 7,97 AZN-dir. Bu isə onu göstərir ki, market əməkdaşları “Bonita”nın istifadə müddətinin “uzadılmasını” tələsik həll etməyə çalışıblar. Yeni abrkod isə hələlik sistemə oturmayıb. Çünki marketlər qiymətlərə dəyişiklik etdikdə əvvəlcə buna sistemdə, sonra isə məhsulun üzərində düzəliş edirlər.
Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı həmin marketə baş çəkib. Məlum olub ki, sözügedən “Bonota” şirniyyatlarının hamısı xarabdır və alıcılara bu şəkildə də satılır.
Məsələ ilə bağlə “Araz” marketlər şəbəkəsinə martın 4-də etdiyimiz müraciətə hələ cavab verilməyib. Həmin gün bazar ertəsi açıqlama veriləcəyi bildirilib.
Bakupost.az -ın əməkdaşı bu gün yenidən əlaqəs saxlayıb, bildirilib ki, hələ araşdırma aparılır.