Axtarış...

“Araz” xarab məhsul satır... - NARAZILIQ VAR!

“Araz” xarab məhsul satır... - NARAZILIQ VAR!


“Araz” marketlər şəbəkəsində xarab ərzaq məhsullarının satılması üzə çıxıb.

Millitv.az publika.az-a istinadla xəbər verir ki, bu barədə alıcılardan biri sosial şəbəkə hesabında məlumat verib.

Bildirib ki, “Araz”ın paytaxtda yerləşən “Nərimanov-3” şöbəsində 27.08.2022-ci il istehsalı olan və istifadə tarixi 2023-cü ilin yanvarın 27-də bitən “Cake Time” keksinin üstündə ağ kif ləkələr olub. Xarab məhsulu 5 manata aldığını deyən istehlakçı, belə halın bu həftə ərzində bir neçə dəfə təkrarlandığını qeyd edib.

Müştəri, marketin satıcılarının kobud rəftarı haqda da yazıb. Qeyd edib ki, satıcıdan başqa bir məhsulun istehsal tarixi haqda məlumat istəsə də, ona çox kobud cavab verib. Əlavə edib ki, “Araz”da satılan məhsulların üzərindəki istehsal tarixini oxumaq qeyri-mümkündür.
“Araz” xarab məhsul satır... - NARAZILIQ VAR!
“Araz” xarab məhsul satır... - NARAZILIQ VAR!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz