Axtarış...

`Ağ şəhər` sakinlərinin QARA GÜNLƏRİ - İcazə olmadan vətəndaşın EVİ SÖKÜLÜR...

`Ağ şəhər` sakinlərinin QARA GÜNLƏRİ - İcazə olmadan vətəndaşın EVİ SÖKÜLÜR...


Bu yarıqaranlıq otağa toplaşanlar Ağ şəhərdə yaşayan bir qrup sakindir. Uzun zamandır məskunlaşdıqları ərazidə dövlət lahiyəsi çərçivəsində tikinti işləri aparılır.

Tikinti işlərinə Xətai rayon İH-nin nümayəndələri rəhbərlik edir. Onlar qiymət məsələsində İcra Hakimiyyəti ilə razılaşa bilmədiklərindən yaşadıqları evlərdən çıxmaq istəmirlər. Sakinlərin sözlərinə görə, evləri tərk etsinlər deyə arada işığı, suyu kəsirlər.

Fərhad Əliyev də evindən çıxmaq istəmir. Amma deyir, Xətai rayon icra hakimiyyətinin nümayəndələri evini ondan icazə almadan sökməyə başlayıblar.

Dilarə Əhmədova DA yaşadığı mənzili göstərib, ona təklif edilən məbləğin azlığından gileylənir...

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər üzrə şöbə müdürü Pənah İmanov Toplum TV-yə bildirib ki, vətəndaşlar sadəcə fürsətdən istifadəyə, daha çox pul almağa çalışırlar. Onun dediyinə görə, İcra Hakimiyyəti Ağşəhər sakinlərinə evləri qarşılığında yaxşı məbləğ təklif edib:

“O yekəlikdə lahiyə onlara görə qalıbdır. O vaxtları 340 min nə qədər idi, indi 614 min pul ödənilir, vəssalam. Biz dövlət olaraq həmişə vətəndaşın yanındayıq. Amma vətəndaş da fürsətçilik eləməməlidir axı. Gəlib orada toplaşırlar, bax beləcə, nə bilim, gündə bir şey çıxarırlar. Başa düşdünüz məni? Yəni, budur söhbət.”

Zahid Nağıyev də razılığı olmadan evi sökülənlərdəndir. Deyir ki, o, Ağ şəhərin hələ “Qara şəhər” deyə adlandırıldığı zamanlardan burada məskunlaşıb:

“2021-ci ilin. Fevral ayının birində qanunsuz olaraq, yəni, nə məndən icazə alıblar, nə də ki, xəbərdarlıq ediblər. Deməli, xətai ih, təxminən 20-25 polis işçisi ilə gəlib mənim evimi söküblər. Sökdülər deyəndə ki, dağıtdılar evi. Evdə iki azyaşlı qız uşağı var idi.”

Polisin ev söküntüsündə İcra Hakimiyyətinə köməyi hansı səviyyədə və necə olub? Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev deyir ki, polis əməkdaşları hər hansı qanunsuz addım atmayıblar. Sadəcə, söküntü işləri zamanı vətəndaşların təhlükəsizliyini qoruyublar.

“Ağ Şəhər” sakinlərinin sözlərinə görə, haqqlarının bərpası üçün bütün hüquqi prosedurlara baş vuracaqlar.

Toplum TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz