Axtarış...

Cəngəllik qanunları ilə idarə olunan MEŞƏLƏRİMİZ... - BELƏ HARA GEDİRİK?

Cəngəllik qanunları ilə idarə olunan MEŞƏLƏRİMİZ... - BELƏ HARA GEDİRİK?


Son vaxtlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi barədə, dövrü mətbuatda və sosial şəbəkələrdə tənqidi materiallar tez-tez görünməkdədir. Lakin işıqlandırılan bu məlumatlara istər nazirlik rəsmləri tərəfindən, istərsədə digər dövlət qrumları tərəfindən, rəsmi münasibət bildirən olmur. Bu susqunluğun nədən qaynaqlandığı bilməsəkdə, bizdə bir yəqinlik yarandı. Nədən Muxtar Babayevin nazir kürsüsünə təyinatından sonra, ekologiya nazirliyində bu kimi özbaşınalıqların və susqunluğun sayı artıb...?
Bəlkə, ekologiya nazirliyi meşənin dərinliyinə çəkilib, idarəetmənidə cəngəllik qanunları ilə oradan aparır...?
Azerinfo.media bildirir ki, Əgər belə olmasaydı, Dövlət Ekologiya Təhlükəsizlik Xidmətinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Quliyev Şakir Məcid oğlu, Təhlükəsizliyi onun nəzarətində olan meşənin talanmasından ona zəng edən vətəndaşı küçə söyüşləri ilə təhqir etməzdi. Hansı ki, vətəndaş həmin meşədən daşınan ağacların hara aparıldığını dəqiqliyi ilə Şakir Quliyevin diqqətinə çatdırır.
Tərbiyyəsini, bir vətəndaş zənginə təmkinlə cavab vermək əvəzinə söyüş söyərək şübhə altına salan altımış yaşlı adamın yaşına və başına yaraşırmı...?

Belə bir adamın, böyük bir təşkilata rəhbərlik etməsi nə dərəcədə doğrudu...?
P. S. Türk dünyasının matəm günündə, ürəklərindən qara qanlar gedən bir zamanda 60 illik yubley yaşın təmtəraqla keçirən Şakir Məcid oğlu Quliyevə, nazirliyin Həmkarlar İttifaqı Komitəsinin təqdim etdiyi "Fəxri Fərman" hansı xidmətlərinə görə verilməsi, bizdə də, bir şübhə yaratdı.

Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq. //Azerinfo.media//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz