Axtarış...

“6 saat keçmədən Azərbaycan Türkiyəyə yardım göndərdi” - Səfir



Zəlzələ ilə bağlı hələ beynəlxalq ictimaiyyətə yardım çağırışı olmadan Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə yardım göndərilib.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib.

"Zəlzələ baş verən günün səhəri Kəmaləddin Heydərov mənə zəng edərək, Azərbaycandan yardımların hazır olduğunu bildirib. 6 saat keçmədən Azərbaycandan ilk yardım Türkiyəyə yola düşüb. Yardım göndərən Azərbaycan vətəndaşlarına təşəkkür edirəm. Həqiqətən də, tək millət, iki dövlətik”, - deyə səfir bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycanın bütün bölgələri Türkiyəyə yardım üçün səfərbər olub:

“Azərbaycanın şimalından cənubuna qədər hər kəs Türk qardaşları üçün yardım göndərməyə çalışırdılar. Adını bilmədiyimiz qəhrəman vətəndaşlara təşəkkür edirik. Həqiqətən də, biz ürəklərin bir döyündüyünü gördük”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz