Axtarış...

Türkiyə səfirliyi Bakıya gətirilən uşaqlarla bağlı açıqlama YAYDI

Türkiyə səfirliyi Bakıya gətirilən uşaqlarla bağlı açıqlama YAYDI

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ bölgəsindən müalicə üçün Azərbaycana gətirilən uşaqlarla bağlı açıqlama yayıb.

Səfirlikdən bildirilib ki, həmin uşaqlar Azərbaycan vətəndaşlarının övladlarıdır.

"Ölkəmizdəki zəlzələ bölgələrindən 10 uşağın Azərbaycana gətirilməsi ilə bağlı bəzi mətbuat orqanlarında xəbərlər dərc olunub. Qeyd edilən xəbərlərdə tam olmayan məlumatlar var. Həmin uşaqlar zəlzələ zonalarından təxliyə edilmiş Azərbaycan vətəndaşı olan qardaşlarımızın övladlarıdır. Onlara keçmiş olsun deyir, şəfa diləyirik", - səfirliyin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz