Axtarış...

Doğum günün mübarək, Altay müəllim!



Bu gün sadə və səmimi insan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti katibliyinin rəisi, Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun doğum günüdür.
Media Məlumat Mərkəzinin yaradıcı kollektivi adından Altay müəllimi təbrik edir, Allahdan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi arzulayırıq.

Hörmətli izləyicilər Altay müəllimin həyat fəaliyyəti haqqında məlumatları sizlərə təqdim edirik.

1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan oluan Altay Həsənov . 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib.
Orta məktəbi bitirəndən sonra S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub.
1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.
1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib.
1984-1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib.
1986-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub.
1989-cu ildə “Xəzər” jurnalının nəşriyyat kollegiyasında işləyib
1990-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.
Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin vitse-prezidenti vəzifəsini icra edib. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

Rövşən Qasımov

Millitv.az



Şərh yaz