Axtarış...

MİDA-da ard-arda YOXLAMALARA başlanıldı - Fəaliyyəti təftiş edilir

MİDA-da ard-arda YOXLAMALARA başlanıldı - Fəaliyyəti təftiş edilir


Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yoxlamalar başlayıb.

Millitv.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə Maliyyə Nazirliyi MİDA-da audit yoxlamaları keçirib. Yoxlamanın nəticəsində bir sıra nöqsanlar aşkar edilib.

Bu səbəbdən də Hesablama Palatası da MİDA-da yoxlama aparacaq. Palata qurumun büdcə vəsaitlərinin necə xərclənməsini araşdıracaq.

Qeyd edək ki, MİDA-nın tender layihələrinin icrasını həyata keçirən qalib şirkətlərin agentlik rəhbərinə yaxın şəxslərə aid olduğu da bildirilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz