Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkədə işıqların kəsilməsinə və bununla bağlı yaranan narahatlığa görə Qırğızıstan xalqından üzr istəyib.
Japarov bildirib ki, ölkə ərazisində müşayiət olunan şaxtalı hava şəraiti ilə əlaqədar elektrik enerjisinin sərfiyyatı artıb, avadanlıqlar yüklənib.
"Avadanlıqları qoruyub saxlamaq və qəzaların qarşısını almaq üçün elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb. Allahın köməyi ilə qışdan itkilərsiz çıxacağıq. Baş vermiş narahatlıqla əlaqədar əhalidən üzr istəyirik" - deyə Qırğız Respublikasının Prezidenti vurğulayıb. /BAKU.WS