Axtarış...

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılır - FOTO

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılır - FOTO

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov işdən çıxarılır.

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, hazırda xəstəxanada təhvil-təslim işləri gedir. İddialara görə, Paşa Muradovun özü qərardan narazıdır və postunu qorumaq üçün mübarizəsini davam etdirir. Məsələnin hətta Tovuz rayon İcra Hakimiyyətində müzakirə olunduğu barədə məlumatlar var. İddialara görə, müzakirə kifayət qədər gərgin keçib.

Bildirilir ki, Paşa Muradovun karyerasına son qoyulması rayon rəhbərliyinin istəyidir. Bu baxımdan, hazırda baş həkimlə yerli rəhbərliyin münasibətləri gərgindir.

Qaynarinfo məsələ ilə bağlı Paşa Muradovun özü ilə də əlaqə saxlayıb. Baş həkim deyilənləri nə təkzib, nə də təsdiq edib: "Nə yazırsınız yazın, boş-boş şeylərə görə zəng vurmayın”.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılır - FOTO
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz