Axtarış...

ABŞ Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRDİ

ABŞ Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRDİ


ABŞ “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanini, baş nazirin birinci müavini Andrey Belousovu, eləcə də bir sıra Rusiya qubernatorlarını sanksiya siyahısına daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Potaninin böyük oğlu İvan, eləcə də qızı Anastasiya ABŞ sanksiyalarına məruz qalıb.

Siyahıya həmçinin Rusiyanın bir sıra qubernatorları, o cümlədən Yamalo-Nenets Muxtar Dairəsinin rəhbəri Dmitri Artyuxov, Bryansk vilayətinin rəhbəri Aleksandr Boqomaz, Voloqda vilayətinin rəhbəri Oleq Kuvşinnikov da daxildir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz