Azərbaycanda fəaliyyət göstərən “Casamia” mağazalar şəbəkəsi barəsində məhkəmə iddiası qaldırılıb.
“Qafqazinfo”nun məlumatına görə, şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir.
Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, “Casamia” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Nərimanov Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
“Qafqazinfo”