Maliyyə Bazarlarına Nəzarət Palatası “İdrak Texnoloji Transfer ” MMC-ni 3232.8 ABŞ dolları məbləğində cərimələyib.
"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.
İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Səbail Rayon Məhkəməsinin 7 iyun 2019-cu il tarixli qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “İdrak Texnoloji Transfer” MMC kompüter proqramları təminatı, naviqasiya, siqnalizasiya sistemləri və s. xidmətləri göstərən şirkətdir.