Axtarış...

Bərdə Vidadi İsayevə, icra başçısı da Bərdəyə düşmən kimi baxır - hakimiyyətin seçim anı...

Bərdə Vidadi İsayevə, icra başçısı da Bərdəyə düşmən kimi baxır - hakimiyyətin seçim anı...


Bərdə tarixində belə qəddar, zalım hökmdar görməyib. Şəhərin heç biri hakimi-mütləqi qadın direktora məlum olmayan səbəbdən mağaza tikdirməyib, əsgərə ayrılan payı mənimsəməyib, şəhid ailəsini, qazini qapıdan qovmayıb, küçələri, səkiləri qarış-qarış satmayıb, parkları, 20 Yanvar guşəsini peşkəş eləməyib, amma bütün sadalanan bu naqis əməllərin hamısı Bərdənin indiki fironu tərəfindən icra edilib. Sən qadın direktor üçün mağaza tikdir, gəl ki, şəhid ailəsini sayma... - bunu ilahi ədalət götürməz.

Anaxeber.info yazır ki, bərdəliləri vecsiz fəaliyyətilə boğaza yığmış bu rəhbər - icra başçısı Vidadi İsayevin vəzifədən getməsinin nəinki vaxtı çatıb, hətta gecikib.

Bu günə 8 icra başçısı həbs olunub, xeyli sayda başçı vəzifədən azad olunub, amma onlardan əməllərinə görə geri qalmayan V.İsayev, bu qədər şikayətlərə, narazılıqlara, qanunsuz hərəkətlərinin ifşa olunmasına baxmayaraq, Bərdədəki taxtında oturmaqdadır.
Halbuki, onun bütün fəaliyyəti eynilə Gəncənin keçmiş başçısı Elmar Vəliyevin hərəkətlərinə bənzəyir. Onsuz da V.İsayevlə E.Vəliyevin qohumluğu da var, əməllərdəki oxşarlıq təsadüfi deyil.
Məlumatara görə, Vidadi İsayev Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğludur, qaynı Nazim İsayevin qaynatasıdır. Ona görə illərlə E.Vəliyev - V.İsayev tandemi regionda ağalıq edib. İndisə qohumu olmadan onun yolunu davam etdirən Bərdənin icra başçısı eyni dərəcədə əhalidən narazılığı, etirazı qazanıb. Bərdəlilər “X” gününü səbirsizliklə gözləyirlər ki, onu nə zaman işdən azad edəcəklər. Həqiqətən də əgər hakimiyyət reformlar kursu elan edibsə, rüşvətə bulaşmamış kadrlara üstünlük verirsə, V.İsayevin indiyə kimi Bərdənin başında saxlanmasının adı nədir?! Amma nədənsə “qara maskalı”lar bu bölgədən yan keçiblər.
V.İsayev yuxarıda qeyd olunan çirkin işləri ilə məhdudlaşmayıb, məhkəmə qərarı olmadan şəhid Dilqəmin ailəsinə məxsus yaşayış evini sökdürüb, dəyən zərəri də ödəməyib. Bərdə şəhərində şəhidlərin adını daşıyan guşəni dağıdıb, bərdəlilər qəbula düşə bilmir.
Hətta bu yaxınlarda varis planı qurmuşdu, tamamilə alt-üst oldu. Görünür ki, V.İsayev Bərdədən əlini çəkmək istəmir. Amma bunu arzulayan şəxs gərək yerli camaatla işləsin, rayonu satışa çıxarmasın.
Amma icra başçısı olan bəndə hər şeyə tamah salır, hətta uşaq bağçalarına ayrılan ərzaqları satdırırdı. Belə bir məmur necə Bərdəni sevə, normal idarə edə bilər?
Məsələn, 44 günlük müharibədə erməni terroruna məruz qalan şəhərlərdən biri də Bərdə oldu. Şəhərin ortasına qadağan edilmiş kasset tipli raket atdılar, xeyli mülki insan öldü, yaralılar oldu.
Amma görün bir dəfə icra başçısı həmin şəhid mülki insanların evinə baş çəkdimi? Bircə dəfə yaralı olanları ziyarət etdimi?
Axı söhbət terrorla üzləşmiş Bərdə sakinlərindən gedir. Əksinə, bu yaxınlarda iş istəmiş həmin vətəndaşlardan birinin probleminə heç diqqət göstərmədi.
O baxımdan V.İsayev E.Vəliyev qədər qaba, laqeyd, əhaliyə qarşı saymazyana fəaliyyəti ilə seçilir. Bu, siyasi hakimiyyətin özünə də zərər vurmaqdadır.
Onu yerlərdə təmsil edən məmurlar xalqda iqtidara qarşı rəğbət yaratmalıdırlar. Ancaq V.İsayev bu cür hərəkətləri ilə həm özünə, həm hökumətə qarşı narazılıq yaradır.
Ümumiyyətlə, bir məmur 5 ildən çox eyni vəzifədə qala bilməz. Qalırsa, inkişaf getmir, rüşvət və korrupsiya çiçəklənir. V.İsayev tam 10 ildir ki, Bərdənin xirtdəyinə keçib. Bax, budur Bərdənin 10 illik hakiminin ortaya qoyduğu mənzərə...Hələ onlarla nümunə göstərmək olar ki, hansı əraziləri, parkları, səkiləri, hətta səkiləri belə satıb.
Məsələn, mətbuatda gedən xəbərlərdə iddia edilirdi ki, icra hakimiyyəti strukturlarına yerli məmurlardan aylıq yığmaq “kəşfini” ilk dəfə Vidadi İsayev gətirib. Onun kiçik bir yaddaş kitabçası olub və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. Məhz icra başçısı idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdikləri hər kəsdən yaxşı bilir.
Belə ki, vaxtilə Bərdədə idarə müdirləri icra başçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirdilər. Düzdür, indi onların bir qismi vəzifəsində deyil, yaxud həmin qurumlar sıradan çıxıb. Lakin zamanında yayılan məlumatlardan məlum olurdu ki, sən demə, V.İsayevə 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat, Mədəniyyət Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər. Lakin bu açıqlanan rəqəmlər və iddialar o zaman araşdırılmadı. Axı söhbət korrupsiya və vəzifə səlahiyyətindən sui-istifadə etməkdən gedirdi.
Və əvəzində yığdığı sərvəti də açıqlanmışdı ki, müvafiq orqanların araşdırmaq üçün diqqət mərkəzinə düşsün. Onun Bakıda, Bərdədə, Goranboyun Ağcakəndində torpaq sahələri, obyektləri və evləri var. İcra başçısının Yevlaxda evinin, obyektlərinin və sərhəd qoşunlarına məxsus hərbi hissəsinin yanındakı fermasının və 100 hektardan artıq əkin sahəsinin fotoları da yayılıb.
Yevlax şəhəri, H.Əliyev prospektindəki “Everest” adlı bu binadakı bütün mağazalar, H.Əliyev prospektində yerləşən yaşayış binasının altındakı “Azqranata”mağazası, Sosial Müdafiə Fondunun yanındakı uzunluğu 30 metrə yaxın istifadəyə verilməmiş obyekt, Bakıxanov və H.Z.Tağıyev küçələrində dörd evin yerində tikilən üçmərtəbəli, ”quşsəkməz”villa onun varidatıdır. Villanın 4 tərəfində 10-a yaxın kamera müşahidə aparır.
Yevlax rayonunun ərazisində Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı ferması, Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı 100 hektardan artıq taxıl sahəsi, Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı 100 hektardan artıq taxıl sahəsinin içərisində vurulmuş artezian var. Bunlar hansı maliyyə hesabına əldə olunub? - Sualın cavabı çoxdan bəllidir...
Anaxeber.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz