Sosial şəbəkələrdə üçrəngli bayrağımızın təhqir olunması videosu yayılıb. TİA. Az məlumat verir ki, bir nəfər şəxs obyektə daxil olaraq dövlət bayrağımızı qapıdan əski parçası kimi qoparıb masanın üzərinə tullayıb gedir. Bunu edən şəxsin kimliyi açıqlanmır. Lakin hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb ki, deyilənə görə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşıdır. Əgər iddia təsdiqini taparsa, həmin dövlət məmuru barəsində xüsusi xidmət orqanları araşdırma apara və bayrağımıza nifrət etməsinin səbəbini dəqiqləşdirə bilərlər. Hər halda adı keçdiyi üçün Bərdə İH aydınlıq gətirməlidir.
TİA. Az