Axtarış...

Sahibkara QARA GÜN yaşadan gömrük imkan verir ki `QARA CÜMƏ` olsun? - ACI REALLIQ

Sahibkara QARA GÜN yaşadan gömrük imkan verir ki `QARA CÜMƏ` olsun? - ACI REALLIQ


Azərbaycan ticarət seqmentində hələ də çaşqınlıq yaşanır. Bu dəfəki səbəb “Qara Cümə” naməlumluğudur. Həmin günə bir həftə qalmağına baxmayaraq, tanınmış brendlərin mağazaları hələ nə edəcəklərini bilmirlər.

Bizim.Media-nın əməkdaşı mağazalara müştəri kimi zəng edərək “Qara Cümə”yə hazırlıqları ilə maraqlanıb.

Beləliklə:

“FLO” mağazalar şəbəkəsi: “Endirim olacağı gözlənilsə də hansı məhsullara, neçə faiz endirim olacağı hələ dəqiq deyil”.

“New Yorker” mağazalar şəbəkəsi: “Bir ay əvvəl müştərilərimizə endirim kuponları paylanılıb. “Qara Cümə” endirimindən də yalnız həmin kupona sahib müştərilərimiz faydalana biləcəklər. Hazırda təəssüf ki, endirim kuponu yoxdur, bir ay əvvəl bitib”.

“Bershka” mağazalar şəbəkəsi: “Bu haqda hələ dəqiq məlumat yoxdur”.

“Kontak Home” mağazalar şəbəkəsi: “Bizdə endirimlər “Böyük Cümə” adı altında noyabrın 18-dən başlayıb. Televizor, noutbuk, telefon, paltaryuyan, soyuducu, mebel, ev tekstilinə 70%-dək endirim var”.

“Lacoste” mağazalar şəbəkəsi: “Hələ ki bu haqda məlumat yoxdur. Endirim olacaqsa, bunu ancaq həmin gün məlum olur”.

“LC Waikiki” mağazalar şəbəkəsi: “Endirim olması nəzərdə tutulub, lakin neçə faiz olacağı, hansı günləri əhatə edəcəyi hələ dəqiq məlum deyil”.

“İrşad Elektronics”: “Cümə endirimlərinə hazırlaşırıq, lakin kampaniya gününədək nə qədər endirim olacağı və hansı günləri əhatə edəcəyi barədə məlumat verə bilmirik”.

Əlaqə saxladığımız bəzi market və ticarət mərkəzləri bizə belə maraqlı fikir də söylədilər:

“Bizdə “Qara Cümə” gömrükdən başlayır. Bəyəm imkan verirlər ki, endirim etməyə də halımız olsun?”.

Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz