Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qəriblər meşəbəyliyinin 5 və 6 saylı dolaylarında qeyri-qanuni olaraq dövlət meşə fondunda ev yeri kimi meşə torpaqlarının satıldığını xəbər vermişdik.
Millitv.az bildirir ki, AzToday.az-a daxil olan məlumatlara görə, Nəsimi Nəsibovun rəhbərlik etdiyi Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları dünən Qəriblər meşəbəyliyinin 5 və 6 saylı dolaylarında qeyri-qanuni olaraq satılan ərazilərdə aparılan tikinti işləri ilə bağlı akt tərtib ediblər. Amma, ərazidə aparılan başqa tikinti işləri ilə bağlı heç bir tədbir görülməyib.
Məsələn, Qəriblər meşəbəyliyinin 8 saylı dolayının 2-ci kvartalının 3-cü bölməsində dövlət meşə fondunda, “İsti su” adlanan ərazidə yeni tikinti işləri gedir. Hətta bir neçə təbii bərpa da traktorla kürülənərək məhv edilib və həm də kəsilib.
Peykdən çəkilmiş fotoşəkillər də meşə ərazisinin necə məhv olunduğunu çılpaqlığı ilə ortaya qoyur.
AzToday.az meşə ərazisində tikinti aparılan yerin koordinatıarını da təqdim edir:
X-290604, Y-4318516.
Məlumatlara görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli şəxslərinin satdığı sözügedən ərazidə iş adamlarından biri villa tikir.