Axtarış...

Beyləqan İƏD üzrə nümayəndəsi icra başçısı tərəfindən cinayətə sövq edildiyini deyir… - BU NƏDİ BELƏ?

Beyləqan İƏD üzrə nümayəndəsi icra başçısı tərəfindən cinayətə sövq edildiyini deyir… - BU NƏDİ BELƏ?

Xatırladaq ki, “RealMedia.az” saytı xeyli vaxtdır ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin rəvac verdiyi korrupsiya və qanunsuzluqlarla bağlı tənqidi məqalələrlə çıxış edir. Mövcud neqativ hallarla bağlı tərəfimizdən davamlı müraciətlər edilərək Baş Prokurorluq qarşısında məsələ qaldırılıb və Beyləqan RİH başçısı və ayrı-ayrı vəzifəli şəxslər barəsində cinayət işləri başlanılıb. Bu barədə geniş ictimaiyyətə müfəssəl açıqlamalar vermişik.
Davam edən araşdırmalarımız nəticəsində aşkar etmişik ki, Beyləqan şəhərinin inzibati ərazisində küçələrin asfaltlaşdırılması prosesi birbaşa Beyləqan RİH başçısının Beyləqan şəhər İƏD üzrə nümayəndəsinin səlahiyyətindədir. Məhz RİH başçısının şəhər nümayəndəsi həm keçirilən tenderlərin sifarişçisi qismində çıxış edir, həm də hansısa şirkətin qalib elan olunmasında, “forma-2” sənədlərinin təsdiqlənməsi və təyinat üzrə ayrılan vəsaitin “yerbəyer” edilməsində söz sahibidir. İki ildir ki, Beyləqan şəhər İƏD nümayəndəliyinə rəhbər vəzifəsiyə təyin olunan Rəşad Mayılovun rəhbərliyi dövründə daha çox qanunsuzluqlara, korrupsiya faktlarına rəvac verilib. Elə hazırda Baş Prokurorluq tərəfindən barələrində açılan cinayət işlərinin istintaq edildiyi ayrı-ayrı vəzifəli şəxslərdən biri də Rəşad Mayılovdur. Şəhərin daxili küçələrinin salınmasında, tamet səkilərin qoyulmasında, ağacların əkilməsində rəvac verilən yeyintilərə, hesabat göstəricilərilkə faktiki yerinə yetirilən işlər arasındakı kəskin fərqlərə, eləcə də son vaxtlara qədər icra hakimiyyətlərinin tabeliyində olmuş uşaq bağçalarındakı təchizat maxinasiyalarına görə məhz o cavabdehlik daşıyır.
Söz yox ki, R.Mayılov qeyri-rəsmi, səmimi etiraflarında, dostları ilə birgə əyləşdiyi məhrəm məclislərdə, çox vaxt da spirtli içkinin təsiri altında bütün bu qanunsuzluqlara RİH başçısı A.Ağayev tərəfindən sövq edildiyini deyir və onu “zibilə saldığına” görə başçının ünvanına nalayiq ifadələr, söyüşlər işlətməkdən də çəkinmir. Sonra isə başçının qəbuluna gələndə “ləbbeyk” deyərək alçaq itaətə boyun əyib yarınmaq istəyir, elə bir qədər əvvəl dərdini bölüşdüyü dostlarından “donoslar” verir.
Əldə etdiyimiz son məlumatlara görə, R.Mayılov artıq şəhərdə qanunsuz tikinti məsələlərinə də girişib və A.Ağayevin sələflərinin hakimiyyətləri dövründə vətəndaşlar, sahibkarlar tərəfindən alınan torpaq sahələrini, üstündə tikilməkdə olan evləri mübahisələndirir, özünün güddüyü marağı təmin olunmadıqda hansısa torpaqayırma sənədinin çatışmadığını, yaxud, qanunsuz tərtib olunduğunu bəhanə edərək və başçının adından çıxış edərək, hüquq-mühafizə orqanlarına şikayət məktubları göndərir. Halbuki, R.Mayılovun bu əməllərinin bir çoxundan rayon rəhbərinin xəbəri yoxdur və Mayılovun tələblərini yerinə yetirən şəxslərin tikintiləri davam etdirmələri yolunda “yaşıl işıq” yanır. Hətta o da məlumdur ki, A.Ağayev əvvəllər məhz qanunsuz tikililərlə bağlı vəziyyətə görə R.Mayılova töhmət də verib. Bir sözlə, hansı dona, hansı ilan qabığına girirsə-girsin, R.Mayılov artıq A.Ağayevin də yanında nüfuzunu itirib və ehtimal böyükdür ki, su RİH başçısının boğazına çıxanda tez boğulmamaq üçün şəhər merini ayaqları altına alacaq.
P.S. Rəşad Mayılovun harda və hansı məkanda qurulan eyiş-işrət məclisində Asif Ağayevin hansı əxlaqsız hərəkətlərindən qeybət edərək, hara və kimə “donons” ötürüb?
Rəşad Mayılov Asif Ağayevə hansı ayamanı qoşub? Və yaxud o,“danqa baş” deyərkən kimi nəzərdə tutur?
Rəşad Mayılov rayonda aparılan qanunsuz tikililərdə yerli hüquq mühafizə orqanarının rəhbərlərini nədə ittiham edir?
Təyinatlı həyətyanı torpaq sahələrində kommersiya məqsədli tikilən qanunsuz obyektlərə (hansı ki, torpaqlar təyinatı üzrə məqsədli istifadə olunmalıdır) kimlər və niyə göz yumur?
Mövzuya daha geniş şəkildə qayıdacağıq.
RealMedia.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz
Excellent post however , I was wondering if you could write a litte more on this subject?
I'd be very grateful if you could elaborate [url=https://www.pearltrees.com/juicepanda8/item483026222]a[/url] little bit more.
Many thanks!