Goranboy rayonunun Todan kənd sakini, Qarabağ Müharibəsi veteranı, Qarabağ Əlillər Cəmiyyətinin və YAP-ın üzvü Rəhimov Əhəd Səməd oğlu Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. «Cənab Prezident, Əhəd Abiyev nəvəmi polisə işə düzəltmək adı ilə 2018-ci ildə məndən 15 min manat pul alıb, bu günədək qaytarmır. Pulu verəndə şahidlərim də var, sübutlarım da. Hər dəfə mənə bir bəhanə gətirir, gah deyir, həmin pulu rəisə vermişəm, gah deyir, Prezident Aparatında filankəsə qonaqlıq vermişəm, qaytaracağam. Amma qaytarmır…».
Xatırladırıq ki, geniş məzmunlu müraciətlə bağlı bir həftədir Əhəd Abiyevin mobil və iş telefonlarına zəng vursaq da, o, sorğumuzu cavablandırıb münasibət bildirmir. Hətta onun mobil telefonuna mesaj da yazıb məlumat vermişik. Yalnız bundan sonra bəzi şəxsləri redaksiyaya zəng vurdurub bizdən bu şikayəti it-bata salmağı xahiş etdirir.
Müraciətin tam mətni ilə az sonra tanış ola biləcəksiniz. Təəssüflə bildiririk ki, o boyda rayonun icra başçısı belə xırda işlərlə Prezidentin etimadını heçə endirir, insanları dövlətimizdən narazı salır...
Bu dəqiqələrdə isə məlumat yayıldı ki, Əhəd Abiyev saxlanılıb. Xəbər tərəfimizdən dəqiqləşdirilir...
«Təzadlar»ın Araşdırma Qrupu