Son dövrlərdə Azərbaycanda müxtəlif qanun pozuntularına görə xeyli sayda məmur həbs edilib. Onların bir qisminin əmlakları da özləri ilə eyni aqibəti yaşayıb. Xüsusilə də, son dönəmlərdə kreslodan zindana yollanan icra başçılarının
Millitv.az bildirir ki, Bizim.Media-nın araşdırmasına görə, son dövrlərdə mənimsəmə, rüşvətxorluq və korrupsiya ittihamı ilə həbs olunan bəzi məmurların əmlakları müsadirə edilib, yaxud da üzərinə həbs qoyulub. Eyni zamanda onlara qarşı zərərçəkmişlər tərəfindən qaldırılan iddiaların təmin edilməsi ilə birlikdə, külli miqdarda zərər sabiq məmurlar tərəfindən ödənilib.
Həmin məmurların və müsadirə edilən mülklərinin siyahısını sizlərə təqdim edirik:
1. Qoca Səmədov
Yexlavın keçmiş icra başçısı ötən ilin noyabrında həbs olunub.
Müsadirə edilən əmlakları:
Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;
Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;
Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;
Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;
Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;
Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;
Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;
Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.
30 min manat nağd pul;
Eyni zamanda Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST" İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb və bu iddialar təmin edilib.
2. İsmayıl Vəliyev
Lənkəranın sabiq icra başçısı İsmayıl Vəliyev on il müddətinə azadlıqdan məhrum edilib. İsmayıl Vəliyevin üzərinə həbs qoyulan mallarının siyahısı isə bu cürdür:
Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil;
Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi;
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi;
Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil;
Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası);
Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası;
“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisə;
Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi;
3. Vilyam Hacıyev
12 il müddətinə azadlıqdan məhrum edilmiş İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin müsadirə olunan əmlaklarının və maddi vəsaitin ümumi dəyəri isə 12 milyon manata yaxındır.
Həmin əmlaklar aşağıdakılardır:
İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat);
İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat);
İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat);
İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat);
İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat);
İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat);
İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat);
İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat);
Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat);
İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat);
İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat).
Bundan əlavə V. Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 6 298 834 manat vəsait də dövlət nəfinə keçiriləcək.
4. Alimpaşa Məmmədov
Ötən ilin aprelində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ümumi dəyəri 10 milyon manat olan əmlaklarına, bu il noyabrın 2-də həbs qoyulub.
Həmin əmlaklar bunlardır:
"Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat);
"Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat);
Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat).
5. Mahir Quliyev
M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.
Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.
6. Namiq Zeynalov
Həbsdə olanlardan daha biri 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovdur. Məhkəmənin verdiyi hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Zeynalovun da bazar dəyəri 2 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə olunub.