Axtarış...

Övladları yüksək vəzifə tutan deputatlar - SİYAHI

Övladları yüksək vəzifə tutan deputatlar - SİYAHI


Milli Məclisin bir çox üzvləri təkcə öz fəaliyyətləri ilə deyil, həm də övladlarının cəmiyyətdəki tutduqları mövqe və davranışları ilə tez-tez gündəmə gəlirlər. Nəzərə alaq ki, deputatlarımızın bəzilərinin övladları da dövlətdə yüksək postlar tuturlar.

Bununla bağlı Bizim.Media araşdırma aparıb. Həmin araşdırmanın nəticəsini təqdim edirik:

1. İsa Həbibbəyli. Həm də AMEA-nın prezidenti olan İsa müəlimin 2 oğlu, bir qızı var. Onların üçü də yüksək vəzifədə çalışır. Oğlu Səhət Həbibbəyli 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, gömrük xidməti general-leytenantı rütbəsini daşıyır. Digər oğlu Ərəstün Həbibbəyli Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi vəzifəsini və Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini daşıyır. Qızı Günay Mənsimova Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisi vəzifəsini tutur.

2. Aqil Abbas. Onun oğlu Tuncay Abbasov Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantıdır.

3. Fəzail Ağamalı. Onun da 3 övladı var. Böyük övladı Yalçın İqtisadiyyat Nazirliyində işləyir. Digər övladı Elçinsə biznesmendir. Qızı Günay xanım da özəl sektorda çalışır. İş adamıdır.

4. Vahid Əhmədov. Onun öğlu Zəfər Əhmədov Qaradağ rayonunun prokurorudur.

5. Əhliman Əmiraslanov. Onun 2 övladı var. Tapdıq Əhliman oğlu Əmirasalanov Fövqəladə Hallar nazirinin müavinidir. Deputatın digər oğlu Azər Əmiraslanovsa daha çox biznes adamı kimi tanınır.

6. İmamverdi İsmayılov. Onun 3 övladı var. Böyük övladı, polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisidir.

7. Elman Məmmədov. Onun oğlu - polkovnik-leytenant Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.

Bizim.Media
Text-to-Speech

DİNLƏ






Şərh yaz