Axtarış...

Generalın bacısı oğlu vəzifəsindən azad edildi - ƏMR

Generalın bacısı oğlu vəzifəsindən azad edildi - ƏMR

Naxçıvan Muxtar Respublikasında Daxili İşlər nazirinin vəzifəsindən azad olunmasından sonra, ona yaxın olan polis rəisi də vəzifəsindən azad olunub.

Müvafiq əmrlə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elnur İsmayılov tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, Elnur İsmayılov bir müddət bundan əvvəl vəzifəsindən azad olunan Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun bacısı oğludur. //Manset.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz