“Səlahiyyətli orqanlardan Oktay Çinarın günahsız olduğunu sübuta yetirmələrini və onun tez bir zamanda həbsdən azad edilməsini istəyirik”
img
“Oktay Çinarın azadlığına qovuşması üçün bütün proses ciddi çəkildə araşdırılmalıdır”Televiziya proqramçısı və aparıcısı, jurnalist Ercan Gönültaş Azərbaycanda həbsdə olan, zərərçəkmiş Türkiyə vətəndaşı Oktay Çinarla bağlı araşdırma aparıb. E.Gönültaş “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, çarəsiz vəziyyətə olan O.Çinar sürücüdür və Türkiyədən Qazaxıstana TIR ilə mal gətirib təhvil verərək öz vəzifəsini həyata keçirib.
“Təyyarə ilə Türkiyəyə dönərkən özü kimi sürücü olan Fatih Şahin adlı bir şəxs Oktay Çinara “10 gündür ki, mis yüklü bir TIR var, necə olsa Türkiyəyə gedəcəksən, boş getmə, pul qazanmış olarsan” deyib və onu MAN markalı 41F966/71AAJ679 nömrəli TIR-ın sahibi Ünal Aydınla tanış edib. 1000 dollara danışırlar və TIR sahibi 500 dolları nağd verir, “500 dolları isə malı təslim edəndə verərəm” deyir. Bir də yanacaq kartı verir. TIR 20 ton 978 kiloqram, dəyəri 213 min dollar olan mislə yola çıxır. Rusiyaya çatdıqda TIR sahibi Ünal Aydın Oktay Çinara deyir ki, geriyə Azərbaycan üzərindən qayıt. Oktay Çinar buna etiraz edir və o yolun uzaq olduğunu bildirir. TIR sahibi “sən mənim dediyimi et” deyə onu inandırır. Azərbaycana yaxınlaşdıqda yanacaq kartının limiti bitir. TIR sahibi ona deyir ki, sən yoluna davam et, mən sənə yanacaq dəstəyi verəcək birini tapacağam. Murad adlı şəxs Oktay Çinarı vatsapda arayıb, filan bölgəyə gəl mən sənə yardımçı olacağam deyir. Görüşürlər, Murad avtomobillə gəlir və Oktaya “məni təqib et” deyir. Murad bunu bir depoya götürür. Daha əvvəl boksla məşğul olmuş birisi onu ofisdə əyləşdirir. Bir müddət sonra TIR-ın ətrafında jiletli birilərini görüb şübhələnir. TIR-ın yanına gəldiyində gömrük kilidinin qırıldığını, oğurluq edildiyini anlayır və həmin an da Ünal Aydını arayıb “sən məni kimlərlə tanış etdin? Məni soyublar” deyir. Onlar dalaşırlar, bir-birinə xoşagəlməz sözlər deyirlər, Ünal ona “rahat ol, Azərbaycanda belə şeylər olur, narahat olma, bizim hər yerdə adamlarımız var, səni təyyarə ilə Türkiyəyə göndərəcəyik” deyir. Təyyarə bileti alırlar, hava limanına gəldiyində məmurlar “sən bura TIR ilə daxil oldun, ancaq TIR ilə çıxa bilərsən” deyib, ona çıxış izacəsi vermirlər. Oktay Çinar bu olayla bağlı polisə məlumat verəcəyini deyir. “Əgər bunu edərsən səni məhv edərik, ailəni və iki qızını düşün” deyə onu təhdid edirlər. Sonra onu bir otelə yerləşdirirlər. 4 gün sonra onu otelden alıb sərhədə aparırlar və ondan sərhədi qanunsuz keçməyi tələb edirlər. Lakin Oktay “mən buradan keçmərəm” deyərək etiraz edir, bu halda onun telefon kartını alıb qırır, özünü isə orada tərk edib gedirlər. Oktay Çinar otelə gəlir və bir neçə saatdan sonra hüquq-mühafizə orqanları tərəfindən həbs edilir. Gələn şəxslər Oktay Çinarı sərhədə gətirir və guya sərhəddən qaçırmış kimi onun şəkil çəkirlər. Gömrük prokuroru Toğrul İbrahimli Oktay Çinarın əleyhinə hesabat verir. 6 ay boyunca bu işə o baxır. Oktaya “sən buradan çıxacağını düşünürsən?” deyir. Prokurorun işə qərəzli yanaşdığı əsas gətirilərək o işdən kənarlaşdırılır. İşə yeni gömrük prokuroru Orxan Duşdurov baxır. Yeni prokuror Oktayın sərhəddə deyil, oteldə tutulduğunu otel kamerasından müəyyən edir”.
E.Gönültaşın sözlərinə görə, müəyyən edilib ki, burada əsas günahkar xaricdəki mal sahibi Mustafa Kılıçparlar, qardaşı Cuma Kılçparlar və Ünal Şahindir ki, onlar planlaşdırdıqları qurama işləri Azərbaycanda gerçəkləşdirmək istəyiblər. E.Gönültaş vurğuladı ki, Oktayı Murat adlı şəxslə də görüşdürən məhz bunlar olub, depo sahibi də, gömrük prokuroru da, TIR-ın gömrük kilidini sındıranlar da bunların adamları olub. “Həbsxanada Oktay Çinar ilə depo müdiri üzləşdirilirlər, o, gömrük kilidini Oktay Çinarın qırmadığını deyir, lakin kimin qırdığını da demir. Deponun o saatlara aid kamera qeydlərinin silinməsi qurama deyilmi? Belə açıq-aşkar hiylə quranlar azadlıqda, təhdid və təzyiq altında saxlanılan Oktay Çınar isə həbsxanadadır. Canbey firmasının rəhbəri Mustafa Kılıcparların gömrük prokuroru Toğrul İbrahimliyə 30 min dollar rüşvət verdiyi barədə şübhələr araşdırılmalıdır. Oktay Çınarın vəkili İsrafil Əlili də bu barədə iddia qaldırmır. Heç kim məsələni həll etməyə çalışmır. Yük maşını “Qırmızı körpüdə” gömrükdə oğurlanmayıb, Oktay Çınara nə deyiblərsə onu etməyə məcbur olub, ona hədə-qorxu gəlinib. Oktay Çinar qaçmayıb, mal ortadadır, Oktay Çinar niyə həbsxanada saxlanılır? Mal sahibi və TIR sahibi bu malları sığortadan pul ala bilmək üçünmü məhv ediblər? Oyunları baş tutmadığı üçünmü onu burada saxlayırlar? Birilərinin daha çox pul qazanması üçün qurulan bu oyun pozulduğu üçünmü Oktay içəridədir? Oktay Çınar bu olay barədə polisə məlumat vermək istəməsindən dolayımı burada tutulur? Oqtay ona bir pislik gələ biləcəyindən qorxaraq susmalı oldu. O, bu olaydan həm maddi, həm də mənəvi yara alıb.
Oktayın ailəsi, həyat yoldaşı və qızları çarəsizlikdən baba evinə daşınıblar və yoldaşı boşanma davası açıb. Bu nə böyük bir zülmdür, insanlarda heçmi vicdan qalmayıb? Bizim istəyimiz odur ki, tezliklə Oktay Çinarın günahsızlığı sübut olunsun və bu olaydan ziyan çəkən günahsız Oktay azadlığına qovuşsun. Ədalətli bir məhkəmə olsun. Biz əsas pis niyyətli insanların mühakimə olunmasını istəyirik. Bu insanı burada tutmaq insanlığa və insan haqlarına təcavüz deyilmi? Hansı vicdanla Oktay Çınar həbsxanada saxlanılır? Bütün dəlillər ortadadır. Oktay Çinarın azadlığına qovuşması üçün bütün proses ciddi çəkildə araşdırılmalıdır. Biz tezliklə onun azadlığa qovuşmasını istəyirik. Azərbaycan xalqının haqsızlığa uğramış bu Türk vətəndaşına sahib çıxmasını diləyirik”.
Daha sonra E.Gönültaşın qeyd etdiyinə görə, işin əslini araşdırıb və əlində olan dəlillərdən belə qənaətə gəlib ki, O.Çinar günahsızdır. O, Oktay Çinarın işinin obyektiv şəkildə araşdırılması üçün aidiyyəti qurumlara səsləndi və çarəsiz durumda olan Oktaya xalqımızdan da dəstək istədiyini istədiyini bildirdi: “Azərbaycanlı qardaşlarımızın məsələyə həssas yanaşmasını istəyirik. Bununla yanaşı, səlahiyyətli orqanlardan Oktay Çinarın günahsız olduğunu sübuta yetirmələrini və onun tez bir zamanda həbsdən azad edilməsini istəyirik. Hər kəsdən və səlahiyyətli şəxslərdən bu hadisəni tez bir zamanda həll etməyi xahiş edirik. Can Azərbaycanı ürəkdən salamlayıram!”.
E.Gönültaş sonda qeyd etdi ki, bu gün O.Çinarın qardaşları və doğmaları gözlərini Azərbaycana və səlahiyyətli qurumların ədalətinə dikib, onlar tezliklə Oktaya qovuşacaqlarına ümid edirlər.
İradə SARIYEVA