Axtarış...

Başqasına məxsus avtomobil 5 aydır sistemdən ÇIXARILMIR - Goranboy sakininin problemi

Başqasına məxsus avtomobil 5 aydır sistemdən ÇIXARILMIR - Goranboy sakininin problemi


Goranboyda vətəndaşın adına avtomobil çıxdığı üçün sosial yardımın kəsildiyini xəbər vermişdik. Söhbət rayonun Tatarlı kənd sakini, 1973-cü il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədovdan gedir. Vətəndaş bu ilin yanvarına qədər 3 il müddətində sosial yardım alıb.

5 ay əvvəl Sahib Məmmədovun müraciəti əsasında problemi bir neçə dəfə ictimailəşdirmişdik. İyun ayında Dövlət Sosial Müdafiə Fondu saytımıza məsələni həll etdiklərini açıqlamışdı.

Şikayətçi növbəti dəfə müraciət edərək, problemin yoluna qoyulmadığını və adında hələ də başqasına məxsus avtomobilin olduğunu qeyd edib. Bu səbəbdən vətəndaş ünvanlı sosial yardım paketinə cəlb edilmir.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna yenə də müraciət etdik. Müraciətimizdən sonra hərəkətə keçən qurum əməkdaşlarını şikayətçinin evinə göndərib və yenidən baxış keçirilib.

Eyni zamanda şikayətçiyə bildirilib ki, adına çıxan avtomobil sistemdən 5 gün sonra çıxarılacaq. Bundan sonra ünvanlı sosial yardım almaları üçün müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, Sahib Məmmədovun adına çıxan avtomobil Binəqədi rayonunda yaşayan, əslən Qubadlı rayon sakini, eyni ad və soyadlı şəxsə məxsusdur. O, bu barədə Gəncə Rayon Polis Şöbəsindən adına avtomobil olmamasını təsdiq edən arayış alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişdi. //Bizim.Media//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz