Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) oktyabrın 24-də BŞİH inzibati binasının qarşısında piketin keçirilməsi barədə müraciətinə cavab verib.
AXCP-yə BŞİH qarşısında aksiya keçirməsinə razılıq verilməyib.
Qeyd edilib ki, piket keçirmək üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaq.
Buna görə də piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.