Axtarış...

Tovuz rayon Mərkəzi Xəstəxanasında hökm sürən özbaşınalıq - FOTOFAKT

Tovuz rayon Mərkəzi Xəstəxanasında hökm sürən özbaşınalıq - FOTOFAKT

Tovuz rayon Mərkəzi Xəstəxanasının stasionar şöbələrində xəstələrin müalicəsi üçün heç bir şərait yoxdur.

Xəstəxanada antisanitariya vəziyyəti, yeməkxananın kir-çirkab içində olması adi hala çevrilib. Tibb müəssisəsində yatan xəstələrdən biri xəstəxana daxilindən çəkdiyi kadrları "Hürriyyət.az"a göndərib. Kadrlardan da aydın olur ki, xəstəxana daxilində antisanitariya vəziyyət hökm sürür. Mətbəx və ayaq yolu çirkab içində, eyni zamanda yerə səpələnmiş su qabları...Xəstəxanaya su gəlməməsi səbəbindən pasiyentlər suyu butulkalar vasitəsilə əldə edir. Daha sonra isə istifadəsiz qalan butulkalar yığalaraq antisanitariya vəziyyətinin yaranmasına gətirib çıxarır.

Görünür ki, burada baş verən qanunsuzluqlar, pasiyentlərin hüquqlarının pozulması halları heç bir dövlət qurumunu narahat etmir. Rayon səhiyyəsini bürümüş rüşvət çirkabı bütün insanlara olmazın əzablar yaşatdırır.

Məlumatlı mənbənin söylədiklərinə görə, Tovuz rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq hökm sürür. Deyilənə görə, xəstəxanada işləyən həkimlər suyun gəlməməsi səbəbiylə təmizlik işi aparan şəxslərə yol kənarından su gətirməyi tapşırır.

Tovuz səhiyyəsinin acınacaqlı durumu daha çox müzakirəyə ehtiyacı olduğundan, bir mətbu orqan olaraq problemlərin varlığına bundan sonra da diqqət yetirəcəyik. O halda hər kəsə bəlli olacaq ki, adı çəkilən rayonun səhiyyəsində artıq əməli addımlar atmağın zamanı çatıb. Araşdırmamız davam edəcək.
Tovuz rayon Mərkəzi Xəstəxanasında hökm sürən özbaşınalıq - FOTOFAKT
Tovuz rayon Mərkəzi Xəstəxanasında hökm sürən özbaşınalıq - FOTOFAKT
Tovuz rayon Mərkəzi Xəstəxanasında hökm sürən özbaşınalıq - FOTOFAKT
Tovuz rayon Mərkəzi Xəstəxanasında hökm sürən özbaşınalıq - FOTOFAKT
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz