“MS OYL” şirkətinin sosial şəbəkədəki hesabına rəy yazan internet istifadəçilərindən Məryəm Süleymanova Mehdiabad qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin işçilərinin müştərilərlə kobud davranışılarından şikayətlənir və şirkət rəhbərliyinə onlara “qulaqburması” verilməsini tövsiyə edir. Görünür, xanım sürücü YDM-dəki operatorun benzinin qramından kəsilməsi ilə üzləşib. Murad Sarıyev adlı başqa bir internet istifadəçisi isə MS OYL” məntəqəsində doldurduğu yanacağın onun avtomobilini xarab elədiyini, ustaların bunu təsdiqlədiyini yazır.
Bakıda, Abşeronda və bir çox başqa rayonlarda fəaliyyət göstərən “MS Oil” yanacaqdoldurma məntəqələri “MSDIS Holding”ə məxsusdur. Holdinqin rəhbəri Mirfəyyaz Nağıyevdir. «MS OIL» şirkətinin hüquqi ünvanı Bakı, Nərimanov rayonu, İsmayıl Hidayətzadə ev 20A m 51-dir. Nağıyev Mirfəyyaz Oktay oğlu 24.09.2018-ci idə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub.
Onu da qeyd edək ki, “MSDIS Holding” MMC fəaliyyətə başladığı iki il ərzində çox sahibkarın arzu etdiyi 300-dən çox layihə həyata keçirib, bir neçə nəhəng tenderlərinin qalibi olub.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” “MSDIS Holding” MMC-yə Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün 2 milyon manatdan çox pul ödəyib.
— 26.04.2021-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar ərazisində «Azərişıq» ASC-yə məxsus 2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttinin bir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işləri üçün “Azərişıq” ASC ilə 116 min 489 manat 60 qəpiklik,
— 22.05.2021-ci il tarixində Xırdalan şəhərində abadlıq işləri üçün Abşeron rayon İcra Hakimiyyətilə 1 milyon 362 min 482 manat 86 qəpiklik,
— 25.05.2021-ci il tarixində Sumqayıt şəhərində «Karvan yolu» küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 277 min 715 manat 67 qəpiklik,
— 01.06.2021-ci il tarixində Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 2 milyon 20 min 503 manat 68 qəpiklik müqavilə imzalanıb.
Yanacaq müştəriləri həmçinin xatırlayırlar ki, hər dəfə benzinin qiymətinin artacağı xəbəri çıxan kimi “MS OYL”un məntəqələrində benzinin olmadığı deyilir. Yəni, benzini anbarda saxlayıb qiymətinin qalxmasını gözləyirlər ki, baha satsınlar.
Cəmiyyətdə adının önündə “mir” sözü daşıyanlara xüsusi yanaşma var. Heç kəsə sirr deyil ki, ta qədimdən Azərbaycanda seyid nəslindən olan insanlara xüsusi hörmət və ehtiram olub. Ancaq “imam övladları” onlara bəxşiş olan nüfuzlarını qoruyub-saxlamağı bacarmalı, qazandıqları ruzi halal olmalı, şeytana aldanmamalı, nəfslərini tox tutmalıdırlar. Maraqlıdır, görəsən Mirfəyyaz Nağıyevin personasına bu qədər böyük diqqətin səbəbi nədir və ya səbəbkarı kimdir?
Bu və ya digər suallarla bağlı hörmətli Mirfəyyaz Nağıyevə dəvələrlə zəng edib, mesaj göndərsək də, cənab müdirdən heç bir cavab ala bilmədik. Odur ki, növbəti yazılarımızda suallarımıza cavab öyrənməyə çalışacağıq. //gundeminfo.az//