Axtarış...

“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb - YENİLƏNİB

“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb - YENİLƏNİB


Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

“Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.
"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.


NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

xxx

19:01

Azərbaycanda bəzi mobil operatorların şəbəkə sistemində problemlər yaranıb.

Bu barədə mobil operator istifadəçiləri bildirib.

Qeyd olunur ki, artıq 1 saata yaxındır ki, "Bakcell" və "Nar" mobil operatorunda şəbəkə itib, zəng vurmaq mümkün deyil.
Text-to-Speech

DİNLƏ






Şərh yaz